Misli Premyer Liqasında 23-cü turu çərçivəsində “Zirə" və "Kəpəz" klubları üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov matçdan sonra oyun barədə fikirlərini bölüşüb:
"Matç bizim üçün kifayət qədər uğurlu başladı və erkən qol vurmağa müvəffəq olduq. Birinci hissədə çoxsaylı qol epizodlarımız olsa da, onlardan maksimum yararlana bilmədik. Rəqib isə standart vəziyyətdən istifadə edərək hesabı bərabərləşdirdi. İkinci hissəyə də fəal başladıq, lakin yenidən standart vəziyyətdən qapımızda qol gördük. Bundan sonra təzyiqi artırdıq, oyuna tam nəzarət edən tərəf biz idik. Rəqib hesabdakı üstünlüyünü qorumaq üçün daha çox müdafiəyə çəkilmişdi. Sevindiricidir ki, son dəqiqələrdə künc zərbəsindən sonra fərqlənərək bir xal qazana bildik. Mövsüm ərzində belə qarşılaşmalar qaçılmazdır. Matçdan öncə standart vəziyyətlərin təhlükəli olacağını danışmışdıq, çünki son vaxtlar çempionatda bu tip qolların sayı artıb. Qarşılaşmanın çətin keçməsinə baxmayaraq bir xal da bizim üçün yaxşı nəticədir".
Mütəxəssis komandasının qazandığı bir xalı belə dəyərləndirib:
"Təbii ki, oyundan əvvəl hamımız üç xal qazanmağa köklənmişdik. Lakin matçın gedişatını nəzərə alsaq, bir xal qazandıq".
Baş məşqçi həmçinin "Kəpəz" azarkeşlərinin onun ünvanına səsləndirdiyi şüarlara da aydınlıq gətirib:
"Həmin şüarları eşitmirdim, açığı, bu mənim üçün maraqlı da deyil. Bircə onu qeyd edə bilərəm ki, hazırda Premyer Liqada iki komanda çempionluq, beş komanda isə avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Həmin beş klubun rəhbərliyi altında çalışan baş məşqçilər arasında yeganə yerli mütəxəssis mənəm. Digərləri isə adlı-sanlı əcnəbi məşqçilərdir. Sadəcə olaraq bu faktı diqqətə çatdırmaq istəyirəm".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı