Azərbaycan 2-ci Liqasının 17-ci turunda “Şəmkir” - “Xankəndi” görüşü baş tutmayıb. Buna səbəb komandaların formalarının rənglərinin oxşar olması olub.
Məsələ ilə bağlı PFL-dən QOL.az saytına verilən məlumata görə, oyun forması ilə bağlı məsələlər 2-ci Liqa Əsasnaməsi ilə tam şəkildə tənzimlənir. PFL “Şəmkir” klubunun həm reqlament qaydalarına əməl etməməsini, həm də problemin həlli üçün göstərilən bütün səylərə baxmayaraq oyuna çıxmaqdan imtina etməsini ciddi səhlənkarlıq və Azərbaycan futbolunun maraqlarına zidd hərəkət kimi qiymətləndirib:
"İlk növbədə bildiririk ki, oyun forması ilə bağlı məsələlər II Liqa Əsasnaməsi ilə tam şəkildə tənzimlənir. Qaydalara əsasən, meydan sahibi komanda istifadə edəcəyi formanı əvvəlcədən müvafiq qurumlara və rəqib komandaya göndərməlidir, bu oyundan ən gec iki gün öncə saat 16:00-dək olmalıdır. Qonaq komanda isə məhz bu məlumat əsasında öz formasını müəyyənləşdirir. Təəssüf ki, “Şəmkir” klubu Əsasnamənin tələbini pozaraq forma ilə bağlı məlumatı əvvəlcədən təqdim etməyib. İlk problem də məhz bu səbəbdən yaranıb.
Oyundan əvvəl hakimlər və komandalar formalar arasında oxşarlıq olduğunu müəyyən edərək bu barədə məlumat veriblər. Bundan sonra PFL tərəfindən məsələ operativ şəkildə araşdırılıb. “Şəmkir” klubu PFL-ə bildirib ki, onların hazırda cəmi bir oyun forması mövcuddur və ikinci forma bu və ya digər səbəbdən təqdim edilməyib. Qonaq komanda olan “Xankəndi” isə əvvəlcədən hazırladığı formaya baxmayaraq, oyunun keçirilməsi naminə hakimlərin və AFFA nümayəndəsinin tələblərini yerinə yetirərək formasını dəyişib. Lakin hakimlər bu variantı da uyğun hesab etməyib və oyunun gedişində problemlər yarana biləcəyini bildiriblər.
Məsələ uzandıqca PFL tərəfindən həm hakimlərə, həm də hər iki komandaya bildirilib ki, görüş saat 16:30-a təyin olunub və bu vaxt gün batımı, həmçinin oyunun qaranlığa düşməməsi nəzərə alınaraq seçilib. PFL alternativ variantlardan istifadə etməyə çalışıb.
İlk növbədə “Şəmkir” klubu ilə danışıqlar aparılıb və onlara alternativ formaların əldə edilməsi təklif olunub. Lakin klub bu təkliflə razılaşmayıb. Ümumiyyətlə "Şəmkir" klubu ev sahibi olmasına baxmayaraq, problemin həlli üçün hər hansı bir variantlar belə təklif etməyib.
Eyni zamanda, qonaq komanda olan “Xankəndi Əsasnaməyə görə problemin yaranmasına görə məsuliyyət daşımamasına baxmayaraq, oyunun keçirilməsi üçün AFFA nümayəndəsinin və PFL-in tələblərini yerinə yetirərək Azərbaycan futbolunun maraqları naminə alternativ forma tapmağa nail olub.
Nəticədə saat 16:15 radələrində oyunun keçirilməsi üçün bütün hazırlıqlar tamamlanıb və komandalar bu barədə AFFA nümayəndəsi tərəfindən məlumatlandırılıb. Buna baxmayaraq, “Şəmkir” klubu oyuna çıxmaqdan imtina edib.
Qeyd edirik ki, PFL yaranmış vəziyyətlə bağlı üzərinə düşən bütün addımları atıb. Problem məlum olduqdan dərhal sonra məsələ onlayn formatda təcili iclasda müzakirə olunub və oyunun keçirilməsi üçün bütün mümkün imkanlardan istifadə edilib. Bildiririk ki, Əsasnamənin 13-cü maddəsində qeyd olunduğu kimi, oyunun əsas təşkilatçısı AFFA nümayəndəsidir. AFFA nümayəndəsinin oyundan öncə, oyun zamanı, oyundan sonra tələbləri qeyd-şərtsiz yerinə yetirilməlidir. "Şəmkir" klubunun səhlənkarlığı ilə bağlı yaranmış bu vəziyyəti nümayəndə 30 dəqiqədən sonra da protokolu bağlayaraq yekunlaşdıra bilərdi. Amma liqanın bütövlüyü və futbol rəhbər tutularaq sırf "Şəmkir" klubun səhlənkarlığının aradan qaldırılması üçün bütün rəsmilər, PFL və "Xankəndi" müvafiq addımlar atırdı.
"Şəmkir"in simasında bütün klublara səslənərək bildiririk ki, oyunların təşkili ilə bağlı bütüb qaydalar müvafiq yarış Əsasnamələrində detallı şəkildə qeyd olunub. Onlardan qaydaları tam oxumaları və riayət etmələri xahiş olunur ki, gələcəkdə belə problemlər yaşanmasın".
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
"Atletiko" "Arsenal"la üz-üzə - Yarımfinalda ikinci gün
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video