"Araz-Naxçıvan" Misli Premyer Liqasının 23-cü turu çərçivəsində "Qarabağ"a 6:0 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenko matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis ilk növbədə oyunun gedişatını və taktiki uğursuzluqları belə şərh edib:
"Hər komanda rəqibin ona verdiyi imkanlar daxilində oynayır. Bu gün futbolçularım "Qarabağ"a istədikləri kimi oynamağa şərait yaratdılar. Planımız rəqibə yaxın oynamaq və yüksək pressinq tətbiq etmək idi. Lakin pressinq bir komanda oyunudur. Bir neçə futbolçu bunu etməyəndə sistem pozulur. Qapıçımızın topu götürməli olduğu halda buraxdığı səhv və erkən qol oyunumuza mənfi təsir etdi. Futbol komanda oyunudur. Bu gün bizdə iki qrup var idi: bəziləri oynamaq istəyirdi, bəziləri isə yox. Bu məğlubiyyətə görə həm futbolçular, həm də məşqçilər məsuliyyət daşıyır".
A.Demçenko azarkeşlərdən üzr istəyərək futbolçuların cərimələnəcəyini də diqqətə çatdırıb:
"Azarkeşlərimiz bugünkü məyusluğa layiq deyildilər, onlardan üzr istəyirəm. Futbolçular “Qarabağ”a qarşı oynamağın asan olmadığını bilir. Belə rəqiblərlə matçdan əvvəl narahatlıq olur, çəkingənlik yaranır və oyun istədiyimiz kimi alınmır. Komandayla birgə səhvləri axtarmalıyıq. Belə nəticədən sonra oyunçular cərimələnəcək. Bu, rəhbərliyin tapşırığıdır".
Baş məşqçi avrokubok hədəfi və ev oyunlarını Bakıda keçirməyin təsirləri barədə verilən sualları belə cavablandırıb:
"Bu cür oyundan sonra nəsə demək çətindir. "Şamaxı" və "Karvan-Yevlax"la oyunlara qədər bərpa olmağa çalışacağıq. Stadion məsələsinə gəldikdə isə, bir çox komanda Bakıda məşq edir və oynayır. Peşəkar futbolçu və məşqçi üçün meydançanın fərqi olmamalıdır. Bəli, biz Naxçıvan komandasıyıq, lakin mən gələndə də oyunlar Bakıda keçirilirdi".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı