"İmişli" Misli Premyer Liqasının 23-cü turu çərçivəsində "Şamaxı" ilə qolsuz heç-heçəyə razılaşıb.
QOL.az xəbər verir ki, İmişli təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis ilk növbədə qarşılaşmanın sərt keçdiyini və rəqibin oyunun tempini aşağı salmaq cəhdlərini vurğulayıb:
"Çox mübarizəli və sərt oyun keçdi. "Şamaxı"nın uzun ötürmələrə üstünlük verəcəyini bilirdik və buna hazır idik. Xüsusilə son 30 dəqiqədə qol vurmaq üçün hücumlarımızın sayını artırdıq, yaxşı şanslarımız da oldu, lakin onlardan yararlana bilmədik. Rəqib çox sayda qayda pozuntusuna yol verirdi, baş hakim isə buna şərait yaradırdı. Biz tempi yüksək tutmağa çalışsaq da, rəqib ardıcıl qayda pozuntuları ilə sürəti aşağı salırdı. Hakimlərdən bu halların qarşısını daha effektiv alacağını gözləyirdik, amma bu baş vermədi. Heç-heçə pis nəticə olmasa da, bura qələbə üçün gəlmişdik və nəticədən tam razı deyilik".
J.Kaşkilya komandasının uzun müddətdir qələbə qazana bilməməsini və qol vurmaqda çətinlik çəkməsini belə izah edib:
"Bizim digər komandalarla müqayisədə hücumameyilli oyunçuların keyfiyyəti baxımından müəyyən çatışmazlıqlarımız var. Xüsusilə son nöqtəni qoymaqda çətinlik çəkirik. Lakin unutmaq olmaz ki, biz aşağı liqadan gəlmişik və artıq 22 xal toplamışıq. Limitli imkanlarımıza baxmayaraq güclü kollektiv oyunu nümayiş etdiririk. Hər oyunda futbolçularımdan razı qalıram, çünki onlar meydanda bütün güclərini ortaya qoyurlar. Bəli, qol vura bilmirik, amma uduzmuruq da. Hər bir rəqib "İmişli" ilə görüşdə ciddi problemlər yaşayır".
Turnir cədvəlindəki təhlükəli zona ilə bağlı narahatlıqlara toxunan baş məşqçi mübarizəni sona qədər davam etdirəcəklərini bildirib:
"Xal fərqinin azalması, əlbəttə ki, bizi narahat edir. Əsas məqsədimiz bu fərqin qorunmasıdır. Qarşıda bizi çox çətin rəqiblər gözlədiyini başa düşürük. Lakin biz əvvəllər də güclü komandalara qarşı layiqli müqavimət göstərmişik və bundan sonra da eyni əzmkarlıqla davam edəcəyik".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı