Azərbaycanın qadın futbolçulardan ibarət milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Macarıstan yığmasının qonağı olub. Matç rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, qarşılaşmadan sonra AFFA-nın mətbuat xidmətinə danışan baş məşqçi Siyasət Əsgərov məğlubiyyəti belə şərh edib:
"Təəssüflər olsun ki, meydanı minimal hesabla məğlub tərk etdik. İlk turdakı uğurlu startdan sonra bu qarşılaşmada da ən azı 1 xal qazanmağı hədəfləmişdik. Macarıstan yığmasını yaxşı təhlil etmişdik, rəqib komandanın ümumi gücünə və futbolçularının fərdi səviyyəsinə bələd idik. Lakin birinci hissədə bizi səhv etməyə məcbur etdilər və qapımıza yol tapmağı bacardılar".
Mütəxəssis növbəti matçlardan öncə komandada görüləcək işlərə və səhvlərin aradan qaldırılmasına da toxunub:
"Qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə etmək üçün bu görüşdə yol verdiyimiz səhvləri tez bir zamanda analiz edəcəyik. Bu nöqsanları aradan qaldırmaq üçün maksimum səy göstərməliyik".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı