"Karvan-Yevlax" Misli Premyer Liqasının 23-cü turu çərçivəsində "Sumqayıt"ı qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, Yevlax təmsilçisinin baş məşqçisi Fizuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb. Mütəxəssis ilk növbədə matçın gedişatından və futbolçularının nümayiş etdirdiyi əzmkarlıqdan razı qaldığını bildirib:
"Maraqlı oyun alındı, hər iki tərəf sona qədər mübarizə apardı. Futbolçularımın döyüşkənliyi məni həqiqətən sevindirdi. Qol buraxmamaq üçün çox çalışsaq da, təəssüf ki, rəqibin çox ciddi epizodu olmadığı halda öz diqqətsizliyimizdən qapımıza penalti təyin edildi. Bizim qələbə qazanmaq üçün daha yaxşı imkanlarımız var idi və daha erkən qol vura bilərdik. Qələbəyə köklənmişdik, amma geri düşəndən sonra geri dönmək asan olmur".
F.Məmmədov turnir cədvəlindəki vəziyyət və qarşıdakı ağır təqvim barədə də fikirlərini bölüşüb:
"Ardıcıl iki oyundur məğlub olmamağımız müsbət haldır. Lakin fərqi aradan qaldırmaq üçün mütləq qələbələrə ehtiyacımız var. Qarşıda "Zirə", "Araz-Naxçıvan" və "Qarabağ" kimi güclü rəqiblərlə oyunlarımız var. "Kəpəz"lə matça qədər xal fərqini maksimum azaltmağa çalışacağıq. Bütün oyunlara ciddi hazırlaşırıq".
Baş məşqçi komandanın qapıçısı Pedro Mateusun çıxışına və zədəli Araz Abdullayevin durumuna da aydınlıq gətirilib:
"Pedro özünü çox yaxşı tərəfdən göstərir və kritik seyvlər edir. Burada qapıçı məşqçimizin də əməyini xüsusi qeyd etmək lazımdır. Amma təkcə qapıçını deyil, bütün komandanın əziyyətini dəyərləndirməliyik. Araza gəldikdə isə, zədədən qayıtdıqdan sonra yenidən ağrıları yaranmışdı. Müalicədən sonra komanda ilə iki məşqə çıxıb. Onun bizə kömək edə bilməsi üçün hələ çox çalışması lazımdır".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı