"Sumqayıt" Misli Premyer Liqasının 23-cü turu çərçivəsində "Karvan-Yevlax"ın qonağı olub. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis ilk növbədə heyət seçimindəki dəyişikliyin səbəblərini izah edib:
"Akademiyanın yetirmələrinə şans verməyə çalışdıq və bundan sonra da bu yolla davam edəcəyik. Bu, rəhbərlikdən gələn tapşırıqdır ki, gənc oyunçulara üstünlük verək. Təbii ki, bu, oyunun keyfiyyətinə təsir etdi, kifayət qədər səhvlər etdik və hətta penaltidən də yararlana bilmədik. Avrokuboklara vəsiqə şansımız azaldığı üçün klub belə bir strateji qərar qəbul edib və mən də buna hörmətlə yanaşıram".
S.İliç komandadakı geriləmə və öz gələcək taleyi ilə bağlı sualları belə cavablandırıb:
"Mövsümün sonuna hələ vaxt var. Müqaviləm mövsümün sonuna qədərdir və hansı qərar verilsə, onu qəbul edəcəyəm. Transferlə bağlı məsələlər məndən asılı deyil. Mövsümün əvvəlində yaxşı başlamışdıq, lakin qış fasiləsində müəyyən tələblərim oldu ki, onlar da reallaşmadı. Uğursuz nəticələr bununla bağlı ola bilər. Hazırda güclü akademiyamızdan bəhrələnməyə çalışırıq, sadəcə nəticə üçün zamana ehtiyac var".
Baş məşqçi bu gün komandasının penalti şansını qaçırması fonunda heyətdəki penalti vuranların müəyyənləşməsi və bugünkü İstanbul derbisindən də danışıb:
"Meydanda penaltini kimin vurması oyunçuların öz qərarıdır, mən buna qarışmamışam. Bu axşam isə "Beşiktaş" - "Qalatasaray" derbisini mütləq izləyəcəyəm. İki mövsüm "Qalatasaray"da oynamışam və onların azarkeşiyəm, təbii ki, ürəyim onlarladır".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı