AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Sabah” matçında baş verən kütləvi davanın hüquqi müstəvidə yenidən araşdırılacağını bəyan edib.
QOL.az xəbər verir ki, AFFA-nın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən açıqlamada sözügedən qarşılaşmanın 84-cü dəqiqəsində yaşanan insidentlə bağlı ilkin mərhələdə cəza kəsilməməsinin səbəblərinə aydınlıq gətirilib:
“Qarabağ” – “Sabah” oyununun 84-cü dəqiqəsində baş vermiş epizodla bağlı qeyd etmək lazımdır ki, oyun zamanı nə hakimlər briqadası, nə də AFFA nümayəndəsi münaqişənin hansı səbəbdən yarandığını birbaşa müşahidə etməyib. Bu səbəbdən də rəsmi oyun protokolunda yalnız münaqişə faktının baş verməsi qeyd olunmuş, hadisənin mahiyyəti barədə əlavə hüquqi qiymətləndirmə aparılması üçün zəruri məlumatlar protokolda əksini tapmayıb.
Eyni zamanda, matçın rəsmi yayım görüntülərində də sözügedən epizod tam və aydın şəkildə qeydə alınmamışdır ki, bu da ilkin mərhələdə hadisənin bütün halları üzrə obyektiv qiymətləndirmə aparılmasını məhdudlaşdırıb.
Lakin AFFA İntizam Komitəsinin qərarları ictimaiyyətə açıqlanandan təxminən 10 dəqiqə sonra həmin epizodu əks etdirən əlavə texniki video görüntülər mediada və ictimai platformalarda yayılıb. Məsələnin obyektiv araşdırılması və faktiki halların tam müəyyən olunması məqsədilə AFFA İntizam Komitəsi həmin görüntüləri də nəzərə almaqla əlavə hüquqi qiymətləndirmə aparacaq və zərurət yarandığı halda müvafiq qərar qəbul edəcək.
Qeyd etmək vacibdir ki, AFFA İntizam Komitəsi öz fəaliyyətində AFFA-nın müvafiq normativ-hüquqi aktlarını, İntizam Məcəlləsinin tələblərini və ədalətli araşdırmanın fundamental prinsiplərini rəhbər tutur. Komitə hər bir işi mövcud sübutlar, rəsmi sənədlər və mümkün olan bütün informasiya mənbələri əsasında araşdıraraq obyektiv və ədalətli qərar qəbul etməyə çalışır.
Bu baxımdan belə texniki çəkilişlərin və hadisəni tam əks etdirən materialların vaxtında və rəsmi qaydada AFFA İntizam Komitəsinə təqdim olunması xüsusi əhəmiyyət kəsb edir. Bu cür materialların operativ şəkildə təqdim edilməsi hadisələrin daha dolğun araşdırılmasına və hüquqi baxımdan əsaslandırılmış qərarların qəbul edilməsinə mühüm töhfə verir”.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da