Almaniyanın tanınmış “Kicker” nəşri “Kauzerslautern”in azərbaycanlı hücumçusu Mahir Emrelinin qarşıdakı oyunla bağlı durumu barədə yazı hazırlayıb.
QOL.az xəbər verir ki, 29 yaşlı futbolçunun II Bundesliqanın 25-ci turunda “Bohum”a qarşı martın 8-də keçiriləcək matçda iştirakı ilə bağlı vəziyyət dəyərləndirilib.
“Kicker” nəşri yazır: “Qışda komandaya qoşulan Mergim Berişa və Mahir Emreliyə hələ də böyük ümidlər bəslənir. Hər iki futbolçunun qarşıdakı oyun üçün heyətə daxil ediləcəyi gözlənilir, baxmayaraq ki, onların iştirak ərizəsinə salınması hələ qəti təsdiqlənməyib. Berişa qısa çıxışlarında istedadının müəyyən işartılarını göstərib. Xüsusilə Emrelidən isə nəhayət, bütün potensialını ortaya qoyması gözlənilir. Baş məşqçi Torsten Liberknechtin sözlərinə görə, hazırda ən vacib məsələ hər iki futbolçunun formada qalması və öz oyun ritmini tapmasıdır”.
Qeyd edək ki, Emreli 2025-ci ilin 8 noyabrında “Herta”ya qarşı Almaniya 2-ci bundesliqasının matçında zədə alıb və o vaxtdan uzun müddət oyunlardan kənarda qalıb. 28 yaşlı hücumçu bu mövsüm “Kayzerslautern”də 7 oyunda meydana çıxıb və 1 qol vurub.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı