AFFA-nın İntizam Komitəsi Misli Premyer Liqasının 22-ci turunun “Qarabağ” – “Sabah” oyununun (3:3) sonlarında yaşanan qalmaqallı hadisəyə biganə münasibət göstərib.
QOL.az-ın xəbərinə görə, qurumun bu gün açıqlanan qərarında tərəflərdən biri - "Sabah" klubu, daha doğrusu, onun məşqçisi Valerio Zuddasa cəza kəsilməyib.
Qeyd edək ki, həmin hadisə zamanı 36 yaşlı italiyalı mütəxəssis "Qarabağ"ın texniki zonasında əyləşən bütün şəxslərə - məşqçilərə, futbolçulara və texniki heyətə qarşı təhqiramiz jest nümayiş etdirib. Baş vermiş hadisəyə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov başda olmaqla klub üzvləri etiraz edib. Oyundan sonra hətta "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas köməkçisinin hərəkətinə görə Qurban Qurbanovdan üzr də istəyib.
Şəkildə Valerio Zuddas
Amma nədənsə, AFFA İntizam Komitəsinin "Qarabağ" klubunu təhqir etmiş bu italyanı cəzalandırmağa cəsarəti çatmayıb. Komitə bu məsələdə həm də qeyri-obyektiv qərar verib.
Çünki qeyri-etik hərəkət edən Valerio Zuddas cəzalandırılmadığı halda həmin oyunda “Qarabağ” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Ağdam təmsilçisi 8000 manat cərimə edilib.
Yeri gəlmişkən, bir müddət əvvəl AFFA İntizam Komitəsi "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasova qarşı qeyri-etik jest edən (Valerio Zuddasım jesti ilə müayisədə daha yüngül formada) "Sumqayıt"ın baş məşqçisi Saşa İliçə 4 oyunluq cəza kəsib.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı