"Tottenhem"in müdafiəçisi Mikki van de Ven klubu ilə yeni müqavilə barədə danışıqlar aparmaqdan imtina edib.
QOL.az xəbər verir ki, "Givemesport" nəşrinin yaydığı məlumata görə, London klubu aparıcı müdafiəçisinə daha yaxşı şərtlərlə beşillik sözləşmə təklif etməyi planlaşdırırdı. Lakin 24 yaşlı niderlandlı futbolçu komandanın hazırkı durumunda gələcəklə bağlı müzakirə aparmağa maraq göstərməyib.
Xatırladaq ki, "Tottenhem" Premyer Liqada bu mövsüm uğursuz çıxış edir. London təmsilçisi yeni ildən bəri qələbə qazana bilməyib və hazırda düşmə zonasını cəmi 4 xal qabaqlayır.
Qeyd edək ki, müdafiəçi ilə "Liverpul", "Real" və "Barselona" klubları yaxından maraqlanır. Bu fonda "Tottenhem" Mikki üçün təxminən 100 milyon funt sterlinq tələb etməyə hazırlaşır.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi