"Qalatasaray"ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Yuventus"la keçiriləcək cavab qarşılaşması barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının ilk oyundakı 5:2 hesablı qələbəsinə baxmayaraq ehtiyatı əldən verməməyin vacibliyini vurğulayıb:
"Bizim üçün heç nə dəyişmir. Cavab oyununa da ilk matçdakı kimi başlamalıyıq. Öz oyun planımızı rəqibə qəbul etdirməliyik. "Yuventus" güclü komandadır. Lakin "Qalatasaray" olaraq həm oyunçuların forması, həm də mənəvi baxımdan hazırda çox yaxşı vəziyyətdəyik. Sadəcə özümüzə güvənməli və ayaqlarımızı yerə möhkəm basmalıyıq".
Qeyd edək ki, bu cütün qalibi 1/8 finalda "Tottenhem" - "Liverpul" duelinin qalibi ilə qarşılaşacaq. 1/8 final mərhələsinin oyunları 10-11 və 17-18 mart tarixlərində keçiriləcək.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi
İngiltərə klubunda yeni baş məşqçi
Ronaldonun oğlu U-17 millisində debüt etdi
Ançelotti onu istefaya çağıran Romarioya cavab verdi
Portuqaliya millisindən ayrıldılar
“Xankəndi” tarixi oyuna hazırlaşır - Müsahibə
Lukaku milli karyerasını başa vurdu
Yassin Benzia bu kluba keçdi
Yamal onu təhqir etdi
İspaniyanın məğlubiyyətsizliyinə son qoyuldu