"Nyukasl"ın futbolçusu Ceykob Merfi UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək cavab qarşılaşmasından əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, futbolçu gərgin oyun qrafikinə və "Qarabağ"a qarşı ilk matçdakı böyük hesablı qələbəyə (6:1) baxmayaraq cavab görüşünə ciddi yanaşdıqlarını qeyd edib:
"İlk növbədə yenidən evə qayıtmaq çox xoşdur. Ardıcıl dörd çətin səfər matçından sonra sanki öz doğma evimizə qayıdırıq. Bütün komanda bunu səbirsizliklə gözləyirdi. Azarkeşlərimizin qarşısında, öz stadionumuzda oynamaq bizə əlavə güc verir. Sabah bizi çətin bir oyunun gözlədiyini bilirik".
Futbolçu Bakıda qazanılan qələbə fonunda komandasının həmin matçdakı performansına heyran qaldığını gizlətməyib:
"Hesab edirəm ki, Bakıdakı başlanğıcımızı izləyən hər kəs şoka düşmüşdü. Ehtiyat oyunçular skamyasında mən özüm də oyunumuzu izləyərkən heyran qalırdım. "Nyukasl" öz aqressiv və hücumameyilli futbolunu oynayanda nələrə qadir olduğunu hamıya göstərir. Premyer Liqada bunu artıq hər kəs bilir, Çempionlar Liqasında da özümüzü ən yaxşı tərəfdən tanıtdıq. Bakıdakı matç hər şeyin bizim üçün mükəmməl alındığı və performansımızı ən yüksək səviyyədə təqdim etdiyimiz bir oyun idi".
Futbolçu "Qarabağ"ın heyətində xüsusilə Montielin sürətinə diqqət yetirməli olduqlarını bildirib:
"Rəqibin sol cinah oyunçusunun çox yaxşı sürətə malik olduğunu görmüşük. Bu, sabahkı oyunda diqqət yetirməli olduğumuz əsas məqamlardan biridir. Ümumiyyətlə, "Qarabağ" çətin rəqibdir. Joni Montiel müdafiənin arxasına sızmağı çox yaxşı bacarır, buna görə də ayıq-sayıq olmalıyıq. Lakin evdə oynadığımız üçün əsas diqqətimiz öz prinsiplərimizə və həyata keçirmək istədiyimiz plana yönəlib. Əgər ən yaxşı oyunumuzu nümayiş etdirə bilsək, istənilən rəqib üçün bizimlə qarşılaşmaq olduqca çətin olacaq".
Gənc oyunçu qitənin önəmli klub turnirində fərqlənməyindən danışıb:
"Bu, möhtəşəm bir hiss olmaqla yanaşı, həm də bir növ ağır yükdən qurtulmaq kimi idi. Bir neçə il əvvəl Çempionlar Liqasında oynamaq mənim ən böyük hədəfim idi və "San Siro"da debüt etməklə buna nail oldum. Bundan sonra isə ancaq ilk qolum və ilk məhsuldar ötürməm barədə düşünməyə başladım. Bir neçə məhsuldar ötürmə etsəm də, qol vurmaq bir az çətin alınır, sanki şans məndən qaçırdı. Nəhayət, bir az bəxtin də köməyi ilə o ilk qola imza ata bildim".
Merfi komandanın son illərdəki inkişafını və Çempionlar Liqasında 1/8 finala yüksəlməyin önəmini belə ifadə edib:
"Bu, möhtəşəm bir nailiyyət olardı. Son dörd mövsüm ərzində biz mütəmadi olaraq yeni zirvələr fəth etmişik və bu, növbəti böyük mərhələdir. Əgər 1/8 finala adlaya bilsək, bu bizi inanılmaz dərəcədə xoşbəxt edəcək. Ötən illərdə çox yaxşı işlər görmüşük, bu uğur isə onların sırasına ən vaciblərindən biri kimi əlavə olunacaq".
Merfi Çempionlar Liqasının himni səslənərkən keçirdiyi hissləri və futbola olan sevgisini belə ifadə edib:
"Turnirin himni səslənəndə mən də stadiondakı azarkeşlərlə eyni hissləri yaşayıram. Himnin sonunda "The Champions" sədaları yüksələndə mən də onlara qoşulub bağırıram. Bu anları heç vaxt adi qarşılamıram. İşimi çox ciddi şəkildə yerinə yetirsəm də, günün sonunda dünyanın ən yaxşı peşəsi ilə məşğul olduğumu bilirəm. Belə böyük anlarda və oyunlarda meydana çıxanda hələ də içimdə o uşaqcasına həyəcanı və sevinci hiss edirəm".
Bizi İnstaqramda da izlə
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər