"Nyukasl"ın baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək cavab qarşılaşmasından əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, mütəxəssis ilk oyundakı qələbədən çox, nümayiş olunan oyun keyfiyyətinin onun üçün daha önəmli olduğunu vurğulayıb:
"İlk oyunda "Qarabağ"a qarşı qazanılan nəticədən daha çox, nümayiş etdirdiyimiz performans, oyun tərzi və qələbə aclığı məni razı saldı. Hesab edirəm ki, həmin matç bizim bu mövsüm sərgilədiyimiz ən yüksək səviyyəli matç idi. Mənim də məqsədim komandanın bu səviyyəyə mümkün qədər tez-tez çatmasına nail olmaqdır. "Mançester Siti" ilə oyunda fərqli nəticə qeydə alınsa da, bənzər performans səviyyəsini qoruya bildik".
E.Hau komandasının fiziki hazırlığına və qarşıdakı matçda stabil oyun nümayiş etdirməyin vacibliyinə də diqqət çəkib:
"Həmin oyunlar göstərdi ki, biz istənilən rəqiblə rəqabət apara bilərik və fiziki cəhətdən olduqca güclüyük. Əgər həmin performans bizi yenidən canlandırmaq üçün bir qığılcım idisə, bu, əladır. Sabahkı oyunda da eyni səviyyəyə can atmalıyıq. Mövsüm boyu axtardığımız stabilliyi tapmaq üçün sabah özümüzün ən yaxşı oyunumuzu nümayiş etdirməliyik".
Mütəxəssis bu mərhələyə adlamağın mövsümün əvvəlindən qarşıya qoyulan əsas hədəf olduğunu vurğulayıb:
"Hər iki turnir başlamazdan əvvəl bu barədə danışmışdıq. Bizim ilkin hədəfimiz məhz 1/8 final mərhələsinə vəsiqə qazanmaq idi. Hesab edirəm ki, yarışın bu mərhələsinə çatdıqdan sonra hər şey mümkündür. Cari mövsümdə həm Liqa Kubokunda, həm də Federasiya Kubokunda göstərdik ki, "ölüm-dirim" oyunlarında heyətimiz özünün ən yaxşı performansını nümayiş etdirə bilir. Turnirdə irəlilədikcə bu xarakterimizi daha qabarıq göstərəcəyimizə inanıram. Lakin uzaq hədəflərə baxmayaraq, hazırda bütün diqqətimizi sabahkı oyunda qələbə qazanmağa yönəltmişik".
E.Hau futbolçularına böyük zirvələri xəyal etməyi aşılamağın vacibliyinə də toxunub:
"Mən oyunçularımı hər zaman böyük xəyallar qurmağa və müsbət ideyalara köklənməyə təşviq edirəm. Hesab edirəm ki, bu, komandanın inkişafı üçün olduqca sağlam yanaşmadır. Əlbəttə, mənim mövqeyimdə olan biri üçün hər oyunu addım-addım təhlil etmək və detallara fokuslanmaq vacibdir. Bu səhər keçirdiyimiz məşqlərdə də sabahkı tapşırıqlarımızı icra etməyə çalışdıq. Lakin insanın beyninin bir küncündə o böyük hədəflərin olması əladır, çünki bu, sizi ən yaxşısını etmək üçün daha da ruhlandırır".
Baş məşqçi Ağdam təmsilçisinin bəzi futbolçularını xüsusi fərqləndirərək rəqibə qarşı ciddi yanaşdıqlarını vurğulayıb:
"Daha əvvəl də qeyd etdiyim kimi, "Qarabağ"ın oyunlarını analiz edərkən onlardan çox təsirləndim. Xüsusilə mərkəz hücumçusu Kamilo Duranı bəyənirəm. Sürəti ilə müdafiənin arxasına sızması rəqiblər üçün real təhlükədir və qol vurmaq hissi çox güclüdür. Yarımmüdafiədə Yankoviçin də keyfiyyətli futbolçu olduğunu düşünürəm. Bir sözlə, rəqibin heyətində çox yaxşı oyunçular var. İlk matçda biz özümüzün ən yaxşı oyunumuzu oynadıq və onlar üçün çətinlik yaratdıq. Sabahkı oyuna çox ciddi hazırlaşmışıq. Çünki onların necə yaxşı komanda olduqlarını bilirik".
Mütəxəssis ardıcıl uğurlu çıxışların təməlində dayanan əsas amilin yüksək enerji olduğunu vurğulayıb:
"Düzünü desəm, mövsüm ərzində enerjimizdə eniş-yoxuşlar müşahidə olunurdu. Lakin son oyunlarda nümayiş etdirdiyimiz temp və enerji olduqca yüksək səviyyədədir. Hesab edirəm ki, bu proses hücumun ən uc nöqtəsindən, Entoni Qordondan başladı və zəncirvari şəkildə bütün komandaya sirayət etdi. Biz meydanda bu dinamikanı və sürəti nümayiş etdirəndə istənilən rəqiblə rəqabət apara bilirik".
E.Hau komandanın fiziki gücü ilə texniki bacarıqlarının vəhdətinə də diqqət çəkib:
"Fiziki gücümüz sayəsində rəqibləri meydanda çox narahat vəziyyətə salmağı bacarırıq. Ən yaxşı formamızda olduğumuz zaman topa sahib olarkən istədiyimiz planı icra etmək üçün kifayət qədər yüksək texniki bacarıqlara malikik. Mövsüm boyu keçirdiyimiz oyunların sayını nəzərə alsaq, fiziki hazırlığımızın çox yüksək səviyyədə olduğunu deyə bilərəm".
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər