"Kəpəz" Misli Premyer Liqasının 21-ci turu çərçivəsində "Sabah"a 0:1 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Mütəxəssis məğlubiyyətə baxmayaraq oyunçularının göstərdiyi mübarizəni yüksək qiymətləndirib:
"Futbolçularıma meydanda sona qədər döyüşdükləri üçün təşəkkür edirəm. Təəssüf ki, ani bir diqqətsizlik üzündən qapımızda qol gördük. Heyətdəki ən yaxşı oyunçularımızı meydana buraxmışdıq və bu qarşılaşma onlar üçün böyük bir təcrübə oldu. Həmçinin bu soyuq havada stadiona gələrək bizi tək qoymayan azarkeşlərimizə də dərin minnətdarlığımı bildirirəm".
A.Bağırov ötən mövsümlə cari ilin müqayisəsinə toxunaraq heyətdəki yerli futbolçu sayına diqqət çəkib:
"Əsas fərq ondan ibarətdir ki, ötən mövsüm heyətimizdə legionerlər daha çox idi. Digər klublarla müqayisə etsək, hazırda çempionatda ən az əcnəbi oyunçusu olan komanda bizik. Əlimizdəki imkanlarla ən yaxşısını etməyə çalışırıq. Məsələn, "Turan Tovuz"la matçda rəqib heyətində cəmi iki yerli futbolçu olduğu halda, bizdə bu rəqəm doqquz idi. Bugünkü "Sabah"la oyunda da elə bir məqam oldu ki, rəqib heyətində meydanda yerli oyunçu qalmadığı halda, biz yeddi azərbaycanlı futbolçu ilə mübarizə aparırdıq".
Baş məşqçi "20-ci turun “Neftçi" ilə matçında bir qrup “Kəpəz" azarkeşinin "Neftçi" fanatları ilə birlikdə "Qarabağ"a qarşı şüarlarını necə dəyərləndirirsiniz?" sualını belə cavablandırıb:
"Açığı, həmin şüarlar barədə məlumatım yoxdur. Hansı məqsədlə "Qarabağ"ın əleyhinə şüarlar səsləndirdilər, bilmirəm. Bizim "Qarabağ"la nə bir ədavətimiz, nə də xüsusi rəqabətimiz var. Hesab edirəm ki, Avropadakı uğurlarına görə Azərbaycanda ən çox hörmət olunmalı klub varsa, o da məhz "Qarabağ"dır".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov