Misli Premyer Liqasının 21-ci turu çərçivəsində "Sabah" doğma meydanda "Kəpəz"i qəbul edib. Matç "Sabah"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
QOL.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra rəqib üzərində qazanılan qələbəni şərh edib.
Lider komandanın çalışdırıcısı son dəqiqə qoluna baxmayaraq göstərilən oyundan məmnun qaldığını bildirib:
"Olduqca yaxşı oyun alındı. Qələbə qolunu son dəqiqələrdə vursaq da, komandamın çıxışından razı qaldım. Matç boyu rəqibə ciddi təzyiq göstərirdik və çox sayda qol epizodu yaratdıq. Əslində, 2-3 qol vuraraq daha erkən qələbə qazana bilərdik. "Kəpəz" də müdafiədə oturmurdu, bizə qarşı hücumlar təşkil edirdi. Lakin biz bu günü artıq unutmalıyıq. Sabahdan məşqlərimizə başlayaraq növbəti qarşılaşma haqqında düşünməliyik".
V.Dambrauskas son oyunlardakı çətin qələbələrin "Qarabağ"la matç öncəsi bir siqnal olub-olmaması barədə verilən sualı belə cavablandırıb:
"Bəli, ola bilsin ki, bu bizim üçün bir həyəcan siqnalıdır. Amma başqa yolumuz yoxdur, daha çox mübarizə aparmalı və əlimizdən gələnin ən yaxşısını etməliyik".
Litvalı mütəxəssis azarkeş dəstəyinin azalmasından narahatlığını dilə gətirib və növbəti oyun üçün çağırış edib:
"Biz meydanda daha çox azarkeş görmək istərdik. Sanki biz qol vurduqca, qələbələri sıraladıqca tribunadakı azarkeşlərimizin sayı daha da azalır. Bəlkə də bu, əlverişsiz hava şəraiti ilə bağlıdır, tam əmin deyiləm. Lakin qarşıdakı vacib oyunda stadionun tam dolmasını və azarkeşlərimizin yanımızda olmasını istəyirəm".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov