"Nyukasl” Premyer Liqanın 27-co turunda səfərdə “Mançester Siti”yə 1:2 hesabı ilə uduzub.
QOL.az xəbər verir ki, bu, Azərbaycan təmsilçisi “Qarabağ”la UEFA Çempionlar Liqasının Bakıdakı ilk matçından (6:1) üç gün sonra “Etihad” stadionunda baş verib.
Baş məşqçi Eddi Hau (Eddie Howe) məğlubiyyətə baxmayaraq, nikbin danışıb. O, TNT Sports-a açıqlamasında deyib:
“Buraxdığımız iki qola görə məyusuq. İkinci hissədə oyunu yaxşılaşdırdıq və sonadək mübarizədə qaldıq, Harvin son zərbəsinə qədər şansımız var idi. Çox güclü komandaya qarşı oynayırdıq. Futbolçular bunu bütün matç boyu əla yerinə yetirdilər.
Son toxunuş, son ötürmə və son zərbə istədiyimiz səviyyədə olmadı. Bir neçə epizod var idi ki, daha yaxşı oynaya bilərdik. Biz yenidən yaxşı oyun üslubumuza, öz oyunumuza qayıtmışıq. Son dörd matçda bunu göstərmişik və bunu sabit şəkildə davam etdirsək, mən məmnun qalacağam”.
O həmçinin deyib: “Son bir neçə həftədə sərf etdiyimiz gücümüzü nəzərə alsaq, bu, yaxşı çıxış idi. Kifayət qədər yaxşı olmasa da, onlarla bərabər səviyyədə mübarizə apardıq. Yaxşı dirəniş etdik. Sadəcə iki epizodda qapımızı yaxşı müdafiə bilmədik, əsas məyusluq da məhz budur”.
“Nyukasl” növbəti matçını fevralın 24-də evdə “Qarabağ”a qarşı keçirəcək.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı