"Brayton"un yarımmüdafiəçisi Ceyms Milner İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
QOL.az xəbər verir ki, 40 yaşlı futbolçu "Brentford"a qarşı keçirilən matçda meydana çıxmaqla elitada 654-cü oyununu keçirib. Təcrübəli yarımmüdafiəçi bu göstərici ilə Qaret Barrini (653 oyun) geridə qoyaraq Premyer Liqa tarixində ən çox oyun keçirən futbolçu adına sahib çıxıb.
Qeyd edək ki, zəngin karyerası olan Milner indiyə qədər "Lids", "Nyukasl", "Aston Villa", "Mançester Siti", "Liverpul" və "Brayton"un şərəfini qoruyub.
Xatırladaq ki, Ceyms Milner Premyer Liqa səviyyəsində keçirdiyi görüşlərdə ümumilikdə 56 qol vurub və 87 məhsuldar ötürmə ilə yadda qalıb.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov