"Araz-Naxçıvan" Misli Premyer Liqasının 21-ci turu çərçivəsində "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenko matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Mütəxəssis rəqibin müqavimətini qırmağın asan olmadığını bildirib:
"Futbolçularıma demişdim ki, çətin oyun olacaq. "Karvan-Yevlax" elə vəziyyətdədir ki, onların itiriləsi heç nəyi yoxdur, sona qədər döyüşəcəkdilər. Komandama rəqibi düzgün qiymətləndirməyin vacibliyini tapşırmışdım. Birinci hissədə istədiklərimizi tam edə bilmirdik. Belə anlarda səbirli olub şansını gözləmək lazımdır. Biz də səbirli davrandıq və əks-hücumda qol vurduq".
A.Demçenko ikinci hissədəki taktiki dəyişikliklərə də toxunub:
"İkinci hissədə bir az fərqli oynadıq, rəqibə boş məsafələr verməməyə çalışdıq. Futbolçularıma təşəkkür etdim, qələbə üçün hər şeyi etdilər. Amma hələ rahatlaşa bilmərik, qarşıda bizi vacib oyunlar gözləyir".
Baş məşqçi həmçinin dubl edərək qələbədə böyük pay sahibi olan Felipe Santosun durumu barədə danışıb:
"Ona izah etdik ki, o, yaxşı futbolçudur və yüksək keyfiyyətləri var. Santos öz üzərində daha çox işlədi və əsas heyətə qayıtdı".
Mütəxəssis klub prezidenti Ramin Axundovun axtarışa verilməsinə isə bu cür aydınlıq gətirib:
"Bu barədə elə də məlumatım yoxdur. Biz öz işimizi görürük, standart rejimimiz var. Komanda məşqlərinə və oyunlarına eyni qaydada davam edir".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov