"Turan Tovuz”un yarımmüdafiəçisi Ayxan Hüseynovun QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 20-ci turunda səfərdə “Şamaxı” ilə heç-heçə oynadınız. Qolsuz bərabərliyi necə şərh edərdiniz?
- Çətin oyun idi. Bilirdik ki, "Şamaxı"ya qarşı oyunlarımız həmişə çətin keçir. Budəfəki matç da istisna olmadı. Hər iki komandanın fərqlənmək üçün şansları oldu. Oyun əsasən mərkəzdə keçirdi. Süni meydanda oynamaq işimizi daha da çətinləşdirirdi. Açığı, elə 0:0-lıq oyun idi.
- Qələbə qazanmağınız üçün nə çatışmadı?
- Daha çox irəlidə aqressiya çatmadı. Ön xətdə daha çox epizod yaratmalıyıq. İnanıram ki, növbəti oyunlarda bunların öhdəsindən gələcəyik.
- Qələbə qazanacağı təqdirdə “Turan Tovuz” turnir cədvəlində üçüncü pilləyə yüksələcəkdi...
- Bəli, rəqiblər yaxınlaşır. "Şamaxı" ilə matçda xal itirmək olmazdı. Təəssüf ki, istəyimiz alınmadı.
- İlk üçlükdən kənarda qalmaq üzərinizdə basqı yaratmır?
- Xeyr. Nəzərə almaq lazımdır ki, avrokuboklar uğrunda mübarizədə rəqiblərimiz olan "Zirə" də, "Sumqayıt" da, "Neftçi" də, "Araz-Naxçıvan" da yaxşı komandalardır. Digər tərəfdən isə üçüncü olmaq istəyirsənsə, belə oyunlarda xal itirməməlisən.
- Növbəti turda üçüncü pillədəki “Zirə” ilə qarşlaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- "Zirə" ilə oyunlar həmişə çətin olur. Hər iki komanda yaxşı mübarizə aparır. Budəfəki matç maraqlı olacaq, buna əminəm
- Bəzən “Turan Tovuz”u cansıxıcı futbol oynamaqda ittiham edirlər. Bu fikirlə nə dərəcədə razısınız?
- Elə fikirləşmirəm. Hamı istəyər ki, "Qarabağ" kimi oynayaq. Lakin elə, yəni qısa ötürmələrlə, texnikalı oynamaq hər komandanın tərzi deyil. Hər kollektivin öz üslubu var. Bizim də yaxşı oyunlarımız olub.
- Kurban Berdıyevin işi də birmənalı qarşılanmır. Mütəxəssisə yönələn tənqidləri haqlı, yoxsa haqsız sayırsınız?
- Hər insan fikrini bildirir. Biz buna nə deyə bilərik? Berdıyev çox təcrübəli mütəxəssisdir. Çalışırıq Berdiyevin təcrübəsindən yararlanaq. O da komandanın yalnız irəli getməsi üçün çalışır. Onun futbolçularla da münasibəti əladır. Kollektivin daxilində hər şey normaldır.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?