“Vacib qələbə qazandıq. Komanda yoldaşlarımı təbrik edirəm. Həm meydançanın vəziyyəti, həm də hava şəraiti bizə çətinlik yaradırdı. Buna baxmayaraq, qalib gəldik və yolumuza davam edirik”.
QOL.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev Misli Premyer Liqasının 20-ci turunda səfərdə “İmişli”ni məğlub etdikləri oyun (1:0) barədə danışarkən deyib.
O, Qubada keçirilən matçda yerli azarkeşlərin “Qarabağ”a daha çox dəstək olmasının xoş olduğunu bildirib: “Stadiona xeyli sayda azarkeş toplaşmışdı. Bu da çox xoş idi. Azarkeşlərə təşəkkür edirəm. Nə yaxşı ki, bizi Qubada da sevənlər var”.
26 yaşlı müdafiəçi sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı keçiriləcək görüşdən də söz açıb: “Oyuna çox ciddi hazırlaşırıq. Məlum məsələdir ki, bizi çox ağır oyun gözləyir. Çox güclü komanda ilə qarşılaşacağıq. “Nyukasl”ın gücü hər kəsə məlumdur. Bununla belə, əlimizdən gələni edəcəyik. Şansımız varsa, maksimum dərəcədə dəyərləndirməyə çalışacağıq”.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı