“Mübarizəli, maraqlı oyun oldu. Rəqib bura qələbə üçün gəlmişdi”.
QOL.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 20-ci turunda "Turan Tovuz"la 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib. O, futbolçularından razı qaldığını söyləyib:
“Ötən tur acı məğlubiyyət yaşadıq. 17-ci turda "Qəbələ"yə məğlub olduqdan sonra komanda yaxşı performans göstərir. Ard-arda "Qarabağ"la iki dəfə oynadıq. Heyətdə çox da dəyişiklik edə bilmirik. Futbolçularımdan razı qaldım. Oyuna köklənmələri yüksək səviyyədə idi.
Birinci hissədə daha yaxşı oynadıq. Üstünlük bizdə idi. Kərim Rossi ilə Abdulla Rzayev düzgün qərar versəydilər, hesabı aça bilərdik. Komandam rəqibin standart vəziyyətlərində yaxşı oynadı. Bizim üçün hər xal önəmlidir. Qarşıdakı oyunlara hazırlaşacağıq”.
O, sözügedən matçda bir dəyişiklik etməyinin səbəbini də açıqlayıb: “Oyuna görə belə etdik. Rəqib standart vəziyyətlərdə çox yaxşıdır. Ehtiyatda olan futbolçularımız hamısı bəstəboydur. Rossi nə qədər yorulsa da, onun mövqeyində başqa oyunçu yoxdur. Ehtiyatda olan futbolçuların bu tempdə və rəqibin standart vəziyyətlərində çətinlik çəkəcəyini düşündük. Gələn oyunlarda dəyişikliklər olacaq”.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu