AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
QOL.az xəbər verir ki, iclasda Azərbaycan 1-ci liqasının 14-cü turunun oyunlarında qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlar verilib.
“Şahdağ Qusar” – “Cəbrayıl” oyununun 19-cu dəqiqəsində “Cəbrayıl”ın futbolçusu Hüseyn Hüseynov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyunluq cəzalandırılıb, klub 300 manat cərimə edilib.
“Cəbrayıl”ın futbolçusu Arsene Dauda ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 150 manat cərimə edilib.
“Səbail” – “Şəfa” oyununda “Səbail”dən 7 nəfər sarı vərəqə aldığı üçün klub 210 manat cərimə edilib. "Şəfa"da 5 nəfər sarı vərəqə aldığı üçün klub 210 manat cərimə edilib.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu