"Sumqayıt" Misli Premyer Liqasının 20-ci turu çərçivəsində "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Serbiyalı mütəxəssis matçın bərabər səviyyədə keçdiyini və komandasının məğlubiyyətə layiq olmadığını bildirib:
"Rəqibi təbrik edirəm. Bu gün məğlub olmamalıydıq. Penaltidən qol buraxdıq. Hardasa bərabər səviyyəli oyun idi. Gərək ki, uduzmazdıq. Həmişə pozitivəm. Amma komanda uduzursa, pozitivliyi qorumaq çətindir. Uduzan komandanın baş məşqçisi kimi sevinməli bir şey görmürəm. Əsas odur ki, futbolçular meydanda keyfiyyətli oyun göstərsin".
İliç qarşıdakı autsayderlərlə oyunların asan keçəcəyi ilə bağlı fikirlərlə razılaşmayıb və heyətin güclənməsinə ehtiyac olduğunu vurğulayıb:
"Deməzdim ki, zəif komandalardır. "Qəbələ" səviyyəli komandadır. Asan oyun olacağı fikirləri ilə razı deyiləm.
Baş məşqçi həmçinin yeni transfer Sedrik Badolo barədə danışıb:
"Badolo yeni oyunçudur, hələ bir məşq keçib. Güclənməyimizə ehtiyac var, amma hələ ki bu heyətlə davam edirik, transfer pəncərəsi də bağlıdır".
Gələcək planları barədə danışan məşqçi hazırda yalnız qarşıdakı çətin oyunlara fokuslandığını qeyd edib:
"Yeni mövsümdə qalıb-qalmayacağım haqda danışmağın vaxtı deyil, tezdir. Qarşıda bizi çox çətin oyunlar gözləyir. Avrokuboklar uğrunda mübarizə aparacağıq".
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video