"Neftçi" Misli Premyer Liqasının 20-ci turu çərçivəsində "Kəpəz"ə 3:1 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Mütəxəssis "Forza Neftçi" azarkeş qrupunun ad günü tədbirinə xəstəlik səbəbindən qatıla bilmədiyini deyərək onlardan üzr istəyib. O, qələbələrdə azarkeş dəstəyinin rolunu xüsusi vurğulayıb:
“Neftçi" azarkeşlərini qələbə münasibətilə təbrik edirəm. Bir neçə gün əvvəl "Forza Neftçi"nin ad günü idi. Həmin vaxt xəstələndiyim üçün tədbirdə iştirak edə bilmədim. Buna görə onlardan üzr istəyirəm".
Yuri Vernidub həmçinin Bassala Sambu və Vensan Abubakar arasında seçim etməyin çətin olduğunu, lakin hər iki futbolçunun komanda üçün fədakarlıqla oynadığını bildirib:
"Sambu və Abubakara gəlincə, hər ikisi yaxşı hücumçudur. Məşqçi kimi mənə seçim etmək çətindir. Hər ikisindən razıyam. Gördüyüm odur ki, özlərini də dəyişiblər, çox çalışırlar, komanda üçün oynayırlar. Bu cür davam etsələr, daha yaxşı olacaqlar".
Baş məşqçi "Qarabağ"la oyunun təxirə salınmasının komandanı ritmdən sala biləcəyini etiraf etsə də, bu qərarı Azərbaycan futbolunun xeyrinə atılmış addım kimi dəyərləndirib:
"Rəhbərliklə görüşdük və yekunda komandaya dəstək vermək qərarına gəldik. “Qarabağ” ölkəmizi Avropada təmsil edir. Oyunun təxirə salınması bizim üçün müəyyən çətinlik yarada, ritmimizi poza bilər. Bununla yanaşı, inanıram ki, hər şey yaxşı nəticələnəcək. Fürsətdən istifadə edib “Qarabağ”a “Nyukasl”la qarşılaşmada qələbə arzulayıram. Bu, bütün Azərbaycanın xeyrinədir. Sizin ölkə buna layiqdir".
Vernidub heyətdəki rotasiyalara da aydınlıq gətirib. O, komandada "ulduz" anlayışını qəbul etmədiyini və hər kəsə şans verdiyini vurğulayıb:
"Bizdə ulduz futbolçu yoxdur, komanda, ailə var. "Ulduzlar" olanda onları idarə etmək çətindir. 23 futbolçumuz var, hər biri məşqlərdə çox yaxşıdır. Anlayıram ki, hamısı eyni anda oynaya bilməz, amma futbolçular ancaq məşq edib oynamasalar, ritmlərini itirərlər. Əgər oyunçular ancaq məşq edir, oynamırlarsa, fərqli nəticələr ortaya çıxır. “Qarabağ”ın oyunlarında gördünüz ki, bəzi hallarda dəyişikliklərə getdilər və hansı nəticələr oldu. Bir futbolçu uzun müddət meydana çıxmırsa, oyun ritmini itirir. Buna görə hər zaman hamıya şans veririk".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu