Misli Premyer Liqasında 20-ci turu çərçivəsində “Karvan-Yevlax" və "Zirə" klubları üz-üzə gəlib. Qarşılaşma "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov matçdan sonra oyun barədə fikirlərini bölüşüb.
Mütəxəssis görüşün gözlənildiyi kimi gərgin keçdiyini, rəqibin hər xal üçün "ölüm-qalım" mübarizəsi apardığını vurğulayıb. O, hesabın 1:0 qalmasının oyunu sona qədər stressli etdiyini, lakin komandasının rəqibə qol şansı vermədiyini bildirib:
"Gərgin oyun keçdi, gözləntilərimiz də bu idi. Rəqibimiz hər oyuna "ölüm-qalım" mübarizəsi ilə çıxır. 2-ci və ya 3-cü qolu vursaydıq, matç daha rahat keçərdi. Amma vacib olan odur ki, qalib gəldik və rəqibə qol epizodu vermədik".
Sadıqov yeni transfer Anatoli Nuriyevin keçidinə də aydınlıq gətirib. O, bu keçid üçün "Sabah" klubuna təşəkkür edib və futbolçunun potensialına inandığını söyləyib:
"Futbolçu olaraq onu həmişə bəyənmişəm. "Sabah"a müraciət etdik, onlar da razı oldular. Buna görə kluba təşəkkür edirəm. Nuriyev bizim üçün vacib transfer idi. Son vaxtlarda az oynayıb, amma zamanla daha yaxşı formaya düşəcək".
Baş məşqçi mövsümün hədəflərindən danışarkən əsas məqsədin avrokuboklara vəsiqə qazanmaq olduğunu qeyd edib:
"İstədiyimiz ən azından avrokuboklara düşməkdir. Bu mövsüm rəqabət fərqlidir: iki komanda çempionluq, digər 5 komanda isə avrokubok uğrunda mübarizə aparır. Ən vacib olan zədəlilərimizin az olması və futbolçuların yaxşı formada olmasıdır".
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”