“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 20-ci turunda “İmişli”yə qarşı bugünkü matçın (1:0) hakimliyindən danışıb.
QOL.az xəbər verir ki, o, futbolçusu Kadi Borgesin qırmızı vərəqə aldığı epizod barədə danışarkən deyib:
“Nə bilim. Deyəcək bir söz yoxdur. Futbol mübarizə oyunudur. Rəqib Kadini əli ilə saxladı. O da insandır. Əlini atır ki, buraxsın. Hakim dərhal qırmızı vərəqə verir. Ola bilər kontakt olub. Amma epizodun əvvəlinə baxmaq lazımdır. Bəlkə də heç hakim epizodu görmürdü. Yəqin Əliyar Ağayev VAR-dan deyib. Əliyar onsuz da bizim oyunlarda maraqlı qərarlar qəbul edir. Birinci dəfə deyil. Cavid Cəlilov heç epizoda baxmırdı. Mən də baxmırdım. Sonradan baxdım. Əvvəlki oyunda Bəhlul Mustafazadəyə ikinci sarı vərəqə verilmədiyi üçün çox müzakirə olundu. Hakimlər yəqin ehtiyat edirlər. Hakimlərdən danışmağı xoşlamıram. Onlar federasiyaya bildirməlidirlər ki, bu stadionda futbol oynamaq olmaz. Hansı əsrdə yaşayırıq?”
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu