“Başa düşürəm ki, "İmişli" yeni komandadır, stadionu yoxdur. Burada oynayırlarsa, onda burada da məşq etsinlər də. Özləri niyə burada məşq etmir?”
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. O, bu gün “İmişli” komandasına qarşı Misli Premyer Liqasında keçirilən matçdan (1:0) sonra oyunun keçirildiyi Quba şəhər stadionunun meydançasından narazılıq edib. 53 yaşlı mütəxəssis bu zaman “İmişli” klubuna da etirazını bildirib.
Həmçinin oxuyun: "Belə meydançada "Nyukasl”la oyuna necə hazırlaşım?" - Qurban Qurbanov
“Bakıda məşq edib Qubada oynayırlar. Bakıda da oynasınlar. Bunları ona görə deyirəm ki, bəlkə meydançanın yaxşılaşdırılmasına faydam olar. Heç kimlə düşmənliyimiz yoxdur. Sadəcə istəyirik ki, normal futbol oynansın. "Nyukasl"la oyuna hazır olmayacağıq. Meydançanın bu dərəcədə pis olduğunu düşünmürdüm”- deyə o qeyd edib.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu