"Biz bu püşkdən şikayət etmirik. Bilirik ki, bu qrupdakı komandalar bizim üçün məğlubedilməz deyil. Amma heç kim bizə asan oyunlar vəd etmir”.
QOL.az xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Litva millisinin baş məşqçisi Edqaras Yankauskas Litva mediasına deyib.
D liqasının püşkünü dəyərləndirən mütəxəssis əvvəlcə rəqibləri Azərbaycan və Lixtenşteyn millisini müqayisə edib: "Əlbəttə ki, Azərbaycan Lixtenşteyndən daha yüksək səviyyəli komandadır. Onların Avropa təcrübəsi olan futbolçuları var. Çünki "Qarabağ" komandası tez-tez Avropanı öz futbolu ilə təəccübləndirir. Bu, yerli çempionatın ən seçilən komandasıdır və milli komandaya ən çox oyunçunu onlar göndərir.
Bilirik ki, Azərbaycan millisi cənub tipli, kifayət qədər texnikalı yığmadır. Son illərdə ən yaxşı dövrlərini yaşamayıblar. Amma düşünürəm ki, azərbaycanlılar da öz oyun və nəticələrindən razı deyillər. Qrupdakı bütün komandaların məqsədi eynidir – daha yuxarı pilləyə qalxmaq”.
O, hazırda Bakının “Sabah” klubunun baş məşqçisi olan litvalı mütəxəssis Valdas Dambrauskasla Azərbaycan millisi ilə bağlı danışacağını da deyib: “Əlbəttə ki, Valdasla danışacağıq. Bilirəm ki, onun baş məşqçi olduğu “Sabah”ın bir neçə oyunçu Azərbaycan milli komandasının heyətindədir. Bu matça tam hazır olmaq üçün bütün mümkün məlumatları toplayacağıq”.
Qeyd edək ki, Azərbaycan millisi Litva ilə sentyabrın 27-də səfərdə, oktyabrın 4-də Bakıda qarşılaşacaq.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər