“Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin (Mateusz Kochalski) mövsümün sonunda Ağdam klubundan ayrıla biləcəyinə daha xəbərlər artmaqdadır. Xüsusən Polşa mediasında.
QOL.az-ın xəbərinə görə, növbəti dəfə belə bir iddianı Polşanın meczyki.pl saytı irəli sürüb və Koxalskinin komandadan ayrıla biləcəyini yazır.
Xəbərdə ən diqqətçəkən məqam isə 25 yaşlı futbolçu ilə Ağdam klubu arasındakı müqavilənin bəzi vacib məqamlarının açıqlanmasıdır.
Məlumata görə, Ağdam təmsilçisinin qolkiperlə müqaviləsində 2,5 milyon avro məbləğində sərbəstqalma maddəsi yer alıb. Gələcək klubu həmçinin “Qarabağ”a növbəti transferdən 20 faiz pay ödəməli olacaq.
Bununla belə, qeyd olunan bənd Polşa klublarına şamil edilmir. Maddə yalnız futbolçu İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa, Niderland, Portuqaliya, Belçika, Şotlandiya və ABŞ klublarına keçəcəyi halda aktivləşə bilər.
Yay transfer pəncərəsində bu maddə 1 iyul – 1 avqust tarixləri arasında qüvvədə olur. Qışda isə 10 yanvaradək keçərlidir. Lakin ikinci transfer dönəmində “Qarabağ” avrokuboklarda mübarizəni davam etdirərsə, klub keçidə razılıq verməyə bilər.
Qeyd edək ki, Koxalski daha əvvəl Polşa mətbuatına müsahibəsində “Vidzev Lodz"dən təklif aldığını təsdiqləmiş, ailə məsələrinə görə bu qış ölkəsinə qayıtmaq istədiyini söyləmişdi. Lakin müsahibədə o da məlum olmuşdu ki, "Qarabağ" rəhbərliyi futbolçunun qışda komandan ayrılmasına razılıq verməyib.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər