Azərbaycan kubokunun 1/4 finalının ilk oyunları çərçivəsində keçirilən “Turan Tovuz” – “Kəpəz” matçı (1:0) gərgin anlarla yadda qaldı. Oyunun baş hakimi Əli Əliyev əvvəlcə “Turan Tovuz”un məşqçisi Yunis Hüseynova, sonra isə baş məşqçi Kurban Berdıyevə qırmızı vərəqə göstərərək texniki zonadan kənarlaşdırdı.
Yunis Hüseynov məsələ ilə bağlı QOL.az-a danışıb. Hüseynov qeyd edib ki, hakimlər ona qarşı sərt qərarlar verirlər: “Hakimlər məni qaralayıb. Mənə “qırmızı”nı məhz 4-cü hakim Elvin Bayramov verdirdi. “Qarabağ”la oyunda ad günüm idi, onda da sarı vərəqə almağıma çalışdı və nail oldu.
Oyundur, məşqçilər hamısı əsəbiləşir. Ola bilər ki, biz də səhv edək. Amma mən orda çılğın şəkildə etiraz etmədim ki. Sadəcə, hakimə dedim ki, qolu qaydalar çərçivəsində vurmuşuq. Dedim VAR-a baxmağa ehtiyac yoxdur, təmiz qoldur. Buna görə gəl Yunisə sarı vərəqə ver. Elə şey olar? Mən də sözün açığı, hirsləndim. Çünki heç nədən sarı vərəqə verdi. Ondan sonra da pis bir söz demədim. Dedim ki, “Rahalaşdınız?” Baş hakim də ikinci sarı vərəqəni göstərdi”.
Y.Hüseynov bildirib ki, digər klubların məşqçiləri eyni formada, hətta daha çılğın şəkildə etiraz etsə də, hakimlər bunlara göz yumur: “İndi ad çəkmək istəmirəm, oyunlar var ki, məşqçilər üstünə nə qədər qışqırsa da, hakimlər cıqqırını da çıxarmır. Dəfələrlə olub ki, rəqib komandanın məşqçiləri az qalıb hakimləri öldürsün. Amma elə həmin oyunlarda mənə sarı vərəqə veriblər. Əvvəllər belə bir hadisələr olmurdu. Mən lap çılğın şəkildə də etirazımı bildirəndə, heç vaxt belə sarı vərəqə verilmirdi. Amma son zamanlar elə bil, bunlara tapşırıblar ki, Yunis əgər qırağa çıxsa, sarı vərəqəni verin. Məhz Yunis Hüseynov. Gərək elə robot kimi oturum yerimdə. Futbolda belə şey olur? Qaydaları mən də başa düşürəm. Bilirəm ki, çıxıb orda artistlik etsəm, sarı vərəqə verilməlidir. Amma mən sözümü deyirəm. Belə şeylərə görə sarı vərəqə olmur”.
Y.Hüseynov baş məşqçi Kurban Berdıyevin matçın 65-ci dəqiqəsində birbaşa qırmızı vərəqə ilə texniki zonadan qovulduğu epizoddan da danışıb: “Həmin epizodda rəqib oyunçu bizim futbolçunu vururdu. Bu da düz Berdıyevin gözü qarşısında oldu. Bütün baş məşqçilər belə epizodda etiraz edir. Hamı da etirazını çılğın çəkildə bildirir. Vallah bilmirəm. Hələ ki, baş aça bilmirik ki, bu nə məsələdir. Son vaxtlar hakimlər bizim üztümüzə yaman düşüblər. Amma balansı qorumaq lazımdır. Hər kəsə eyni münasibət olmalıdır”.
Ramiq Ağaməmmədov
Skaloni razılıq verdi
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq
“Fənərbaxça”da ciddi itkilər var
“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”
1-ci liqa: “Şahdağ Qusar” liderliyini qoruyur
Yamalın üzünə kəllə vuran futbolçu cəzalandırıldı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Kvaratsxeliya: “Niyə məhz mən?”
Azərbaycanın 7 boksçusu mərhələ adladı - Avropa çempionatı
Ayxan Abbasovdan U-15 millisinə dəstək ziyarəti - Şəkillər
"Barselona" UEFA-ya şikayət etdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Mahir Emrelininin yeni baş məşqçisi məlum oldu
Yamal Mbappenin rekordunu təkrarladı
“Sabah”a 2 qol vuran Girassidən açıqlama
Flikdən məğlubiyyət şərhi
Qreqor Kobel "Sabah"la oyuna görə təəssüfləndi
PSJ-də Kvaratsxeliya şoku - 9 ay oynamaya bilər