2025/26 mövsümünün ikinci yarısına hazırlaşan "Qəbələ" növbəti yoxlama oyununu keçirib. "Qırmızı-qaralar" 1-ci liqa təmsilçisi "Baku Sportinq"lə qarşılaşıb. Görüş "Qəbələ"nin 7:1 hesablı qələbəsi ilə başa çatıb.
QOL.az xəbər verir ki, matçdan sonra "Qəbələ" klubunun baş məşqçisi Kaxaber Sxadadze oyun barədə fikirlərini bölüşüb. Mütəxəssis komandasının çox qol vurmasından məmnunluğunu ifadə edib. Lakin o, belə görüşlərdə nəticənin həlledici olmadığını, əsas məqsədin futbolçuların verilən tapşırıqları icra etməsi olduğunu vurğulayıb:
"Bizim üçün vacib o idi ki, yoxlama oyunu keçirək. Şadıq ki, çox qol vurduq. Lakin belə oyunlarda nəticə heç bir əhəmiyyət kəsb etmir. Əsas odur ki, futbolçular onlara verilən tapşırıqları yerinə yetirsinlər. Müəyyən səhvlərimiz oldu və bunun üzərində işləyəcəyik. Artıq çempionatın başlamasına bir həftə qalır. Yaxşı hazırlaşmaq lazımdır".
Mütəxəssis qarşıdakı rəsmi oyundakı ciddi itkilərdən də söz açıb:
"Təəssüf ki, iki futbolçumuz - Xayme Syerra və İbrahima Sanqare cəzalı olduqları üçün "Şamaxı" ilə matçda bizə kömək edə bilməyəcəklər".
Baş məşqçi yoxlama görüşlərinin nəticələrinə aldanmamağın vacibliyini qeyd edərək deyib:
"Yoxlama oyunlarındakı nəticələr bizi aldatmamalıdır. Yoxlama matçları ilə çempionat oyunları arasında böyük fərq var. Əsas odur ki, qarşıdakı rəsmi oyunlara yaxşı hazırlaşaq".
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?