Çempionlar Liqasında "Qarabağ"la qarşılaşacaq Almaniya klubunda gərginlik pik həddə çatıb.
QOL.az "BILD" nəşrinə istinadən xəbər verir ki, "Ayntraxt"ın baş məşqçisi Dino Toppmöllerin gələcəyi sual altına düşüb. Bundesliqada mövsümün ikinci yarısının başlanğıcında "Verder"lə səfər oyununda 3:3 hesablı heç-heçə edən Frankfurt təmsilçisi qələbəni əldən verib. Komanda 128 saniyə ərzində qapısında iki qol görüb.
Ansqar Knauffun 90+4-cü dəqiqədə vurduğu bərabərlik qolu belə Toppmöllerin işini xilas etməyə yetməyə bilər. Klubun idman direktoru Markus Kröşe oyundan sonra verdiyi açıqlamada vəziyyətin ciddiliyini vurğulayıb:
"Belə davam edə bilmərik".
Kröşe jurnalistin "Toppmöller çərşənbə günü Çempionlar Liqasında "Qarabağ"a qarşı oyunda komandanın başında olacaqmı?" sualına belə cavab verib:
"Biz hazırda bunu müzakirə edirik. Bir daha belə performans göstərməməliyik".
Qeyd edək ki, "Ayntraxt" son 9 oyunda yalnız bir qələbə qazanıb. "Auqsburq"la çətin keçən görüşdə (1:0) rəqibin qapısına sadəcə bir qol vurmağı bacarıb. Frankfurt klubu Bundesliqada 7-ci pilləyə geriləyib, Çempionlar Liqasında isə liqa mərhələsindən kənarda qalmaq təhlükəsi ilə üz-üzədir.
Xatırladaq ki, "Qarabağ"ın "Ayntraxt"la oyunu yanvarın 21-də Bakıda olacaq.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda