Beynəlxalq sferada böyük auditoriyaya malik, dünyaca məşhur biznes jurnalı “CİO Views”da Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov haqda məqalə dərc olunub.
QOL.az xəbər verir ki, bu platforma təkcə idman ictimaiyyətini deyil, eyni zamanda biznes adamları, akademik çevrələr, gənclər, menecerlər və beynəlxalq oxucu kütləsini əhatə edir. Jurnal müsahiblərini araşdırmalarına əsasən seçir. Dünyanın müxtəlif nöqtələrində öz sahəsində uğurlu olan şəxslərə müraciət olunaraq, təcrübələri, ideyaları, uğur yolu zəngin auditoriyalarına çatdırılır. “CİO Views” Elxan Səmədovun karyerasını vərəqləyərək, PFL prezidentinin təhsil, biznes, futbol idarəçiliyi uğurları, bu idman növünə sevgisi haqda məlumatlara yer verib.
Müəllif yazıya “Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədovun futboldakı yolu sevgi, intizam və birliyin gücünə sarsılmaz inamla formalaşıb. Doktorluq dərəcəsi (PhD) ilə yekunlaşan akademik yolu onun analitik yanaşmasını və uzunmüddətli baxışını daha da möhkəmləndirib və bu gün idmanda nümayiş etdirdiyi liderliyin əsasını məhz bu keyfiyyətlər təşkil edir” sözləri ilə başlayır.
Jurnal bildirir ki, Səmədov “Əsrin müqaviləsi”nin imzalanması, U-17 Qadınlararası Dünya Çempionatının keçirilməsi və I Avropa Oyunlarının təşkili də daxil olmaqla, ölkə üçün əhəmiyyətli milli mərhələlərin bir hissəsi olmaq şansını qazandığına görə özünü xoşbəxt sayır.

Müəllif qeydlərinə belə davam edir: “Onun idmanla bağlılığı heç vaxt yalnız inzibati səviyyədə olmayıb — bu, onun yaşadığı və təcrübədən keçirdiyi bir yol olub; o, idmançı kimi keçdiyi yolu qürurla xatırlayır.
“İdmançı kimi mən Azərbaycan Futzal I Liqasının dəfələrlə çempionu olmuşam, müxtəlif futzal və mini-futbol yarışlarında qalib gəlmişəm və bir sıra turnirlərdə ən yaxşı oyunçu və bombardir kimi tanınmışam. Mən həmçinin Azərbaycan basketbol çempionatının qalibi olmuşam,” — deyə qürurla bildirir. Bununla belə, bütün bu nailiyyətlər arasında onun üçün ən böyük bir uğuru xüsusi qeyd edir — məşqçi kimi Azərbaycan futzal kubokunu qazanmaq” deyə PFL prezidenti idmançı karyerasını təsvir edir.
“Satınalmadan Futbol Liderliyinə” yarımbaşlığı altında təqdim olunan hissədə Elxan Səmədovun biznes həyatı haqda açıqlamaları isə yəqin ki, idman sahəsində onu tanıyanların hamısına maraqlı gələcək. Məlum olur ki, məhz futbol sevgisi satınalmalar sahəsində böyük təcrübəyə malik Səmədovu karyerasında köklü dəyişikliyə vadar edib.
Jurnalda yazılır: “Elxan dünya üzrə satınalma və təchizat zənciri idarəçiliyində tanınmış ekspert kimi, futbol idarəçiliyi ilə bu sahə arasında balansın zamanla necə dəyişdiyini də izah edir. “Mən satınalma sahəsində 30 ildən artıq çalışmışam və tenderlərin keçirilməsi və qiymətləndirilməsi, həmçinin satınalma auditlərinin aparılması məqsədilə təxminən 60 ölkəyə səfər etmişəm. Lakin 29 iyul 2022-ci il tarixində Peşəkar Futbol Liqasının prezidenti seçildikdən sonra karyera fokusumu futbola yönəltdim,” - deyə o bildirir.

Səmədov futbolun gücləndirilməsi haqda danışarkən klublar, federasiyalar və beynəlxalq qurumlar arasında güclü əməkdaşlığın yaranmasında münasibətlərin qurulmasının rolunu xüsusi vurğulayır: “Əməkdaşlıq qarşılıqlı hörmət və açıq dialoqla başlayır. PFL olaraq biz federasiya, klublar və UEFA ilə sıx və fasiləsiz əlaqə saxlayırıq. Məqsədimiz futbol ailəsinin hər bir üzvünün eyni istiqamətdə irəliləməsidir”..
Müəllif qeyd edir ki, PFL prezidentinin fikirlərinə görə, futboldakı inkişaf ortaq öyrənmə və uyğunlaşdırılmış hədəflər tələb edir: “Buna görə də o, bilik və təcrübə mübadiləsini, birgə layihələri, təhsil proqramlarını və texniki əməkdaşlığı çox önəmli sayır. Elxana görə, beynəlxalq əməkdaşlıq xüsusilə əhəmiyyətli rol oynayıb və Avropa Liqaları Assosiasiyası (EPFL) ilə əməkdaşlıq onlar üçün xüsusilə dəyərli olub. “Məmnunluqla bildirmək istəyirəm ki, biz Dünya Liqaları Assosiasiyasına (WLA) üzv olmaq üçün danışıqlar prosesindəyik,” — deyə qürurla paylaşır.
“Ən böyük arzum daha güclü, daha təsirli və beynəlxalq miqyasda tanınan Azərbaycan futbol sisteminin qurulmasına dəstək olmaqdır” deyə ürək sözlərini ifadə edən Elxan Səmədov nailiyyətlərini də sadalamaqdan çəkinmir: “Ən mühüm nailiyyətlərimizdən biri Peşəkar Futbol Liqasının təşkilati və struktur baxımından güclənməsidir. Biz UEFA və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirdik, şəffaflığı artırdıq və liqalar üzrə rəqabət balansını yaxşılaşdırdıq”.
Onun fikrincə aşağı liqalar vasitəsilə futbola çıxışın genişləndirilməsi isə atılan ən vacib addımlardan biridir: “Xüsusilə İkinci Liqanın yaradılmasını, yeni klubların futbol ekosisteminə inteqrasiyasını və peşəkar futbolun artıq ölkənin demək olar ki, hər regionunda əlçatan olmasını vurğulamaq istərdim. Bu dəyişiklik ona görə dəyərlidir ki, bu gün insanlar yaşadıqları yerə yaxın ərazidə peşəkar komandalar tapa bilirlər və bu, hamı üçün bərabər imkanlar yaradır”.

Jurnal qeyd edir ki, PFL mövsüm ərzində keçirilən demək olar bütün peşəkar oyunların yayımını təşkil etməklə azarkeşlərin doğma klublarını hər nöqtədən izləmə imkanını formalaşdırır: “Bundan əlavə, Azərbaycanda keçirilən peşəkar oyunların demək olar ki, hamısının dünyanın istənilən yerindən izlənilə bilməsi futbolumuzun beynəlxalq tanınmasına böyük töhfə verib”.
Onun fikrincə, bu əlçatanlıq həm də təsəvvürü və ambisiyanı dəyişib: “Bu gün həm gənc istedadlar, həm də azarkeşlər peşəkar futbolun əlçatan olduğunu hiss edirlər.”
Jurnalın əməkdaşı PFL prezidentinin bu gün də zədəsinin bərpasını davam etdirdiyi hadisə ilə bağlı da soruşmaqdan çəkinməyib və bu olayı belə təsvir edib:
Onun xarakterini müəyyənləşdirən ən ciddi sınaqlardan biri 2023-cü ildə baş verib: Elxan ağır avtomobil qəzası keçirib. O, həmin dövrü həyatının ən çətin mərhələlərindən biri kimi xatırlayır. “Dözülməz ağrılara, həyati risklərə və tibbi məhdudiyyətlərə baxmayaraq, mən əlaqəni kəsmədim — xəstəxanada olduğum müddətdə belə, komandamla təmasda qaldım və onların yanında oldum,” — deyir.
Geri dönüb baxanda, Elxan etiraf edir ki, bu hadisə onun liderlik anlayışını yenidən formalaşdırıb və daha da gücləndirib — bu inam bu gün də dəyişməz qalır: “Həmin dövr mənə bir daha göstərdi ki, liderlik çətinliklərdən qaçmaq deyil, sənə inanan insanları ortaq məqsəd ətrafında bir arada saxlamaqdır,” — deyə əlavə edir. “Bu təcrübə futbolun gücünün həm də bizim birliyimizdə olduğunu bir daha təsdiqlədi”.
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi
"Bavariya" 7 qollu matçdan üstün ayrıldı
"Rəhbərliklə danışdıq, gənclərə şans veriləcək" - Saşa İliç
Erkən qeyd edilən çempionluğu 1 qolla əldən verdilər - Video
“Neftçi” - “Qarabağ” oyununun hakimləri açıqlandı
Həm diskvalifikasiya, həm cərimə ilə üzləşdi
“Qəbələ” - “Araz-Naxçıvan”: Heyətlər
"Ayaks"dan gedir
Baş məşqçi: "Ən azından bir salam gözləyirdim"
"Qarabağ" və "Neftçi" birgə bəyanat yaydılar
Mbappe zədələndi
"İmişli" - "Sumqayıt": Heyətlər
"Real" ona qiymət qoydu
“Bütün Azərbaycan o komanda ilə fəxr edəcək” - Rui Jorje
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
Azərbaycanın 4 boksçusu dünya kubokunda yarımfinala yüksəldi
FİFA DÇ-2026-da İranı İtaliya ilə əvəzləcəkmi?
Azərbaycan güləşçisi üçün "qızıl" şansı
“Real” qələbəni belə əldən verdi - Video
“Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” - Yankoviç
“Napoli”dən darmadağın - Video
“Real” sonda qələbəni əldən verdi
“Başakşehir”dən 4 qollu qələbə - Video
Mahirin yoxluğunda “Kayzerslautern” uduzdu
“Məqsədim qızıl medal qazanmaq idi” - Jalə Əliyeva
Yamal La Liqada ən yaxşı seçildi
UEFA onu 6 oyunluq cəzalandırdı: DÇ-2026-nı da buraxa bilər
Jalə Əliyeva bürünc medal qazandı
"Real"da ciddi itki
Azərbaycan güləşçisi finalda!