“Qəbələ” hücumçu İsmaeel Akinade ilə 1,5 illik müqavilə bağlayıb.
QOL.az xəbər verir ki, son olaraq Özbəkistanın “Andijon” komandasında çıxış etmiş nigeriyalı forvard klubun rəsmi saytına açıqlama verib:
“Hələ şəhərə baxmaq fürsətim olmayıb. Ancaq klubun özü kifayət qədər peşəkar görünür. Baza da çox yaxşıdır. Komandada ilk rəsmi oyunumu səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, yaxşı nəticələr əldə edəcəyik. Komandaya kömək etmək istəyirəm”.
Akinadenin sözlərinə görə, o, “Qəbələ”yə gəlməmişdən Azərbaycan futbolu haqqında çox da geniş məlumata malik olmayıb:
“Qəbələ”dən təklif gələndə həyəcanlandım, çünki əvvəl bu ölkədə oynamamşam. Hər zaman yeni sınaqları, özümü yoxlamağı sevirəm. Bunu səbirsizliklə gözləyirəm. Komandaya qoşulacağım üçün həyəcanlı idim. Bilirəm ki, “Qəbələ” böyük klubdur. Son illər ən yaxşı günlərini yaşamasa da, əvvəlki layiq olduğu yerə qayıdacağına inanıram. Azərbaycan futbolu haqqında çox az məlumatım var idi. Bəzi dostlarım var ki, bu komandanı və liqanı tanıyırlar. Dostlarımdan biri mənə “Qəbələ”nin böyük klub olduğunu dedi. Bu klubun uğurları üçün çalışmaq yaxşı fürsətdir”.
Nigeriyalı forvard komandanın uğurları üçün əlindən gələni edəcəyinə söz verib:
“Əsas məsələ mümkün qədər çox qələbə qazanmaqdır. Bu, komanda oyunudur, fərdi oyun deyil. Həmişə öz şəxsi hədəflərim də olur, ancaq əsas prioritet komandanın nəticələridir. Əlbəttə ki, hücumçu olaraq mümkün qədər çox qol vurmaq istəyirsən. Lakin bəzən bu olmaya bilər, məhsuldar ötürmə və müdafiəyə kömək etmək də vacibdir. Bunlarla da komandaya köməyin dəyir. Azarkeşlərə söz verərkən diqqətli olmaq lazımdır. Futboldur, burda hər şey baş verə bilər. Buna görə söz verə biləcəyim yeganə şey odur ki, hər oyun əlimdən gələnin 100 faizini ortaya qoyacam. Qalan hər şey Tanrının əlindədir. Ümid edirəm ki, layiq olduğumuz nəticələri əldə edəcəyik. Məşq meydançasında hamı əlindən gələni edir. Futbolçular, məşqçilər, eləcə də inzibati heyət - hər kəs klub üçün çalışır. Ümid edirəm ki azarkeşlər hər oyuna gələrək, bizə dəstək olacaqlar. Onların dəstəyi komandaya əlavə güc verir. İnanıram ki, onları yaxşı oyun və nəticələrlə mükafatlandıracağıq”.
Akinade son olaraq Qəbələnin havasına da uyğunlaşdığını bildirib:
“Mən İrlandiyada, Dublində böyümüşəm. Qəbələ və İrlandiyada hava demək olar ki, eynidir. Bu havaya öyrəşmişəm. Yağış, soyuq, bəlkə də darıxdırıcı görünür, ancaq bu cür hava da normaldır”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib