"İmişli" hücumçusu ilə yollarını ayırdı - Rəsmi

"İmişli" hücumçusu ilə yollarını ayırdı - Rəsmi
ÖLKƏ FUTBOLU 7 Yanvar 2026 / 18:20 1651
-  A +

“İmişli” klubu futbolçusu ilə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Komandanın hücumçusu İbrahim Əliyevlə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.

Qeyd edək ki, İbrahim Əliyev mövsümün əvvəlində MOİK-dən “İmişli”yə transfer olunmuşdu. O, cari mövsümdə komandanın heyətində 11 rəsmi oyunda meydana çıxıb və 1 qolla yadda qalıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
24.06.26  11:42

Messi 39 yaşında

topaz banner