“Zirə”nin Xorvatiyanın “Varajdin” futbol klubundan icarə əsasında heyətinə qatdığı Rüfət Abdullazadənin müsahibə verib. 24 yaşlı yarımmüdafiəçi "Zirə"yə keçməsindən və Avropada çox qala bilməməsindən danışıb.
- “Zirə”yə keçidiniz necə baş tutdu? Təklifi nə vaxt almışdınız?
- Bu keçid prosesi tam şəkildə menecerim vasitəsilə aparılıb. Mən həmin dövrdə istirahət üçün Azərbaycana gəlmişdim və yanvarın 4-də yenidən geri qayıtmalı idim. Qayıdışıma cəmi bir gün qalmış menecerimlə danışdıq. O, mənə müəyyən şərtlər daxilində “Zirə” klubunun marağını və rəsmi təklifini bildirdi. Təklifdə klubun planları, mənə olan inamı və qarşıya qoyulan məqsədlər açıq şəkildə izah olunmuşdu. Menecerimin bu keçidlə bağlı tövsiyəsi və mənim də razılığımdan sonra bütün detalları dəyərləndirib təklifi qəbul etdik.
- Adınız “Kəpəz”lə də yanaşı hallanırdı. Həqiqətən Gəncə klubundan təklif almışdınız?
- “Kəpəz” tərəfindən maraq olmuşdu. Danışıqlar aparıldı, amma yekunda tərəflər üçün tam uyğun şərtlər formalaşmadı. Futbolda bu cür hallar normaldır. Mən buna anlayışla yanaşıram və “Kəpəz” klubuna gələcəkdə uğurlar arzulayıram.
- Maraqlıdır, başqa ölkələrdən də təklifləriniz var idi?
- Bu məsələ ilə bağlı onu qeyd etməliyəm ki, mən müqavilə ilə “Varajdin” klubuna məxsusam. Ona görə də başqa ölkələrdən təkliflər barədə məlumatım olmayıb. Ümumiyyətlə, belə danışıqları aparmaq səlahiyyətim də yoxdur. Bu proseslər klub və menecerim arasında gedir. Mənim əsas diqqətim meydanda öz işimi görmək və hazır olmaqdır.
- Sizcə, niyə azərbaycanlı futbolçular Avropada uzun müddət qala bilmirlər?
- Ümumiyyətlə, Avropada, xüsusilə də rəqabətin çox yüksək olduğu liqalarda qalıcı olmaq çox çətindir. Bu, kənardan göründüyü qədər asan deyil. Orada təkcə futbol keyfiyyəti kifayət etmir. Güc, fiziki davamlılıq, səbr və yüksək səviyyədə peşəkarlıq çox vacibdir. Futbolçu hər gün öz üzərində işləməli, rəqabətə və təzyiqə hazır olmalıdır. Qeyd etməliyəm ki, Avropada qalmaq düşünüldüyü kimi asan deyil və bu yola tam hazır olmaq lazımdır.
- Gələcək hədəfiniz nədir?
- Hazırda bütün diqqətim “Zirə”dədir. Məqsədim komandaya maksimum fayda vermək, stabil oyun vaxtı qazanmaq və öz üzərimdə ciddi şəkildə işləməkdir. Bu mərhələ mənim üçün çox önəmlidir. Uzunmüddətli hədəfim isə daha güclü və hazırlıqlı şəkildə yenidən Avropaya qayıtmaqdır.
Mənbə: "Azərtac" dövlət agentliyi
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib