"Qarabağ"ın futbolçusu məşqçilik kurslarına qoşuldu - Video

"Qarabağ"ın futbolçusu məşqçilik kurslarına qoşuldu - Video
ÖLKƏ FUTBOLU 29 Dekabr 2025 / 17:32 1091
-  A +

“Qarabağ”ın futbolçusu Marko Yankoviç gələcək məşqçilik karyerası üçün növbəti addımı atıb.

QOL.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi daxili çempionatda yaranan fasilədən yararlanaraq ölkəsində təşkil olunan UEFA A kateqoriyalı məşqçi kurslarına qatılıb.

Təlim prosesini və imtahan mərhələsini uğurla tamamlayacağı təqdirdə, 29 yaşlı futbolçu UEFA A lisenziyasına sahib olacaq.

Qeyd edək ki, bu kurslarda Marko Yankoviçlə yanaşı, daha əvvəl “Qarabağ”da çıxış etmiş Marko Veşoviç də iştirak edir.

Daha çox


Son xəbərlər