AFFA rəsmisi açıqladı: Əliyar Ağayev səhv qərar verib - Video

AFFA rəsmisi açıqladı:  Əliyar Ağayev səhv qərar verib - Video
ÖLKƏ FUTBOLU 26 Dekabr 2025 / 10:09 922
-  A +

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 16-cı turundakı mübahisəli epizodlarla bağlı fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, o, "Karvan-Yevlax" - "Neftçi" oyununda FİFA referisi Əliyar Ağayevin səhv qərar verdiyini bildirib.

R.Həsənov hakimin birinci hissənin sonlarında qonaqların qapısına təyin etdiyi penaltinin doğru olmadığını vurğulayıb.

 "Kəpəz" - "Turan Tovuz", "Qəbələ" - "Qarabağ", "Zirə" - "İmişli" və "Sumqayıt" - "Sabah"  oyunlarında isə hakimlərin düzgün qərar verdikləri bildirilib.

Xatırladaq ki, AFFA Hakimlər Komitəsinin yeni sədri Misli Premyer Liqasının 14-cü turunda keçirilən "Sumqayıt" - "İmişli"  matçında da Əliyar Ağayevin səhv qərar verdiyini açıqlamışdı. 

Daha çox


Son xəbərlər