"Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm" - Yankoviç

"Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm" - Yankoviç
ÖLKƏ FUTBOLU 23 Dekabr 2025 / 19:34 1647
-  A +

"Qarabağ"ın futbolçusu Marko Yankoviç İnstaqram hesabında yeni paylaşım edib.

QOL.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu ilin uğurlu keçdiyini vurğulayıb: 

"İlin sonu. Çətinliklər, inkişaf və həm meydanda, həm də meydandan kənarda bir çox uğurla dolu il oldu. Görülən işlərə, insanlara, dərslərə, prosesə və keçilən yola görə minnətdaram. Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm".

Qeyd edək ki, Marko Yankoviç 2022-ci ilin yayından Ağdam təmsilçisinin formasını geyinir. O, cari mövsüm "Qarabağ"ın heyətində 20 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Daha çox


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?