Ukraynalı mütəxəssis Roman Qriqorçuk “Neftçi”dəki fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb və komandanın yeni baş məşqçisi, həmyerlisi Yuri Vernidubun təyinatını dəyərləndirib.
QOL.az xəbər verir ki, o, bu barədə ölkəsinin sport.ua saytıma danışıb.
Qriqorçuk bildirib ki, “Neftçi”dəki işi ilə bağlı dəfələrlə danışıb: “Hər şey normal idi, sadəcə nəticə alınmırdı. “Neftçi” böyük brenddir, amma uzun müddətdir yüksək nəticələr əldə edə bilmir. Bu klubda səbrlə gözləmək adəti yoxdur. Komanda turnir cədvəlinin yuxarı pillələrində olmayanda və avrokuboklara vəsiqə qazanmayanda bu, həmin böyük klub üçün normal hal sayılmır. Nəticə olmayanda isə dərhal başqa məşqçi axtarılır ki, tezliklə uğur gəlsin”.
O, klub rəhbərliyi ilə münasibətlərinə də toxunub: “Rəhbərlik barədə bir dənə də pis söz deyə bilmərəm. Münasibətlərimiz çox isti olub və indi də elədir”.
Qriqorçuk Yuri Verniduba uğurlar arzulayıb: “Qarabağ”ı taxtdan salmaq çox çətin olacaq, amma düşünürəm ki, “Neftçi”nin məqsədi çempionluqdur. Mən bu komandaya gələndə də yalnız bir məqsədim var idi – ən yüksək yer və Çempionlar Liqası. Arzu edirəm ki, Yuri Nikolayeviç buna nail ola bilsin”.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi