“Hücum xəttində lazımi dərəcədə effektli deyildik. Bu səbəbdən də xal itkisi ilə üzləşdik. Təbii ki, qol vura bilsəydik, qalib gələrdik. Təəssüf ki, alınmadı. Nəticədə ilin son oyununda xal itkisi ilə üzləşdik”.
QOL.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin hücumçusu Leroy Mikels Misli Premyer Liqasının 16-cı turunda “İmişli”yə qarşı keçirdikləri oyun (0:0) barədə danışarkən deyib.
O, ilk dövrədə olduğu kimi, ikinci dövrədə də “İmişli” ilə matçda xal itirmələrinin səbəbini göstərməkdə çətinlik çəkib: “Konkret nəsə səbəb deyə bilmirəm. Futboldur, bəzən alınır, bəzən yox. Təbii ki, müdafiə xəttinə daha çox diqqət ayıran komandalarla görüşlərdə çox qol vəziyyəti yaratmaq olmur. Amma ümumilikdə biz cəhdlərimizi etdik. Sadəcə matç boyu rəqibin arxa xəttini yarmaq cəhdlərimiz nəticəsiz qaldı”.
Almaniyalı forvard geridə qalan 16 turu komandası üçün belə dəyərləndirib: “Hazırda 3-cü pillədəyik. Lakin düşünürəm ki, daha çox xal yığmaq ehtimalımız da var idi. Sadəcə müəyyən matçlarda uğursuzluqla üzləşdik. Ölkə kubokunda da mübarizəni davam etdirəcəyik. Odur ki, avrokuboklar uğrunda mübarizə aparmağımız real görünür. Mövsümün ikinci yarısına çox ciddi hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik ki, yekunda istəyimizə çataq”.
Dünən keçirilən “Zirə” - “İmişli” oyununu stadiondan izləyənlər arasında Leroy Mikelsin dəvət aldığı Ruanda yığmasının baş məşqçisi Adel Amruş da var idi. 25 yaşlı futbolçu bu barədə məlumatlı olduğunu söyləyib: “O, gəlməmişdən əvvəl bizə məlumat vermişdi. Ruanda millisinin üzvlərini meydanda iş başında görmək istəyirdi”.
O, qardaşı, “Sabah”da forma geyinən Coy Lenslə birlikdə Ruanda yığmasına dəvət almalarına da münasibət bildirib: “Bildiyiniz kimi, “Zirə”də forma geyən Anji Mutsinzi Ruanda yığmasında yer alır. Mənim nənəm Ruandadandır. Elə buna görə Anji bizi bu yığmaya təklif etmişdi. Hər şey də bundan sonra başladı”.
Mikels yeni il tətilini harada keçirəcəyindən də danışıb: “Almaniyaya gedəcəm. Ola bilsin ki, sonradan Niderlanda da yollandım. Əslində vaxt da çox deyil. Cəmi 10 günümüz var”.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz