"Hansısa komandanın "Qarabağ"a qarşı belə oynamasını xatırlamıram".
QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının təxirə salınmış 1-ci turunda "Qarabağ" üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edərkən deyib.
Mütəxəssis komandasının inanılmaz performans göstərdiyini, təkcə Azərbaycanda deyil, Avropada səs salan bir rəqibə qarşı möhtəşəm oynadıqlarını vurğulayıb. O, stadiondakı atmosferi və oyunun keyfiyyətini yüksək qiymətləndirib.
Lakin Dambrauskas qələbəyə baxmayaraq bəzi məqamlardan narazı qaldığını da gizlətməyib:
"Qarabağ"da ilk hissədə cinahlarda boşluqlar var idi, say üstünlüyü yaradıb, cərimə meydançasına daxil olsaq da, yararlana bilmirdik. Rəqibə göstərdiyimiz təzyiqə baxmaq lazımdır. Hansısa komandanın "Qarabağ"a qarşı belə oynamasını xatırlamıram. Amma düzəltməli olduğumuz çox şey var. Top komandalara qarşı ələ düşən epizodlardan yararlanmasan, çətin ola bilər".
Baş məşqçi liderliyi qorumaq məsələsinə ehtiyatla yanaşaraq turnir cədvəlinə sonda baxacaqlarını, rəqiblərin artıq onlara qarşı daha fərqli və ciddi hazırlaşdıqlarını qeyd edib.
Heyət və transfer planlarına toxunan mütəxəssis mövcud oyunçulardan məmnun olduğunu bildirib:
"Bu heyətdən çox məmnunam. Potensiallı oyunçularımız var və onları daha da inkişaf etdirə bilərik. Zədəlilərimiz də var: Cesse Sekidika və Ziden Xaled. Cesse ötən mövsüm çox qol vurmuşdu, onun qısa zamanda formasını bərpa etməsinə ümid edirik. Xaled isə üç aydan çoxdur zədəlidir və hələ potensialını göstərə bilməyib. Yeni transferlər barəsində isə tələsməməliyik. Rəhbərliklə danışacağıq, gələcək oyunçularımız komandamızın üslubuna uyğun olmalıdır. Variant olsa, qərarları tələsmədən və detallı şəkildə müzakirə edəcəyik".
Sonda Aaron Maludanın gələcəyi ilə bağlı sualı cavablandıran mütəxəssis öz işinin oyunçuların bacarıqlarını artırmaq olduğunu, müqavilə məsələlərinin isə klub rəhbərliyinin səlahiyyətində qaldığını diqqətə çatdırıb.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib