“Şamaxı” futbol klubunun hücumçusu Karim Rossi Misli Premyer Liqasının 15-ci turunda “Zirə” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra QOL.az saytına müsahibə verib. Təcrübəli forvard oyunun gedişi, komandanın geridönüşü, penaltidən vurduğu qol və mövsümlə bağlı hədəflər barədə fikirlərini bölüşüb.
- Misli Premyer Liqasının 15-ci turunda “Zirə”ni 2:1 hesabı ilə məğlub etdiniz. Qəbələni necə şərh edərdiniz?
- “Zirə” matça erkən qolla başladı. Buna görə də ilk hissə bizim üçün çox çətin keçdi. Lakin panikaya düşmədik. Bunun da nəticəsində ikinci hissəyə qolla başladıq. Xarakter nümayiş etdirdik. Qələbəyə layiq idik. Azarkeşlərimiz önündə bu cür əzmkar qələbə qazanmağımız sevindiricidir. Göstərdik ki, əvvəlki oyunlardakı səhvlərimizdən nəticə çıxarmışıq. “Sumqayıt”la oyunda hesabda öndə olsaq da, yekunda uduzmuşduq. Lakin bu dəfə eyni səhvləri təkrarlamadıq.
- Fasilədə nə dəyişdi ki, komandanız geridönüş edə bildi?
- Baş məşqçimiz dedi ki, səbirli olaq, panikaya düşməyək. Hücumlarımızı davam etdirək. Biz də deyilən tapşırıqları yerinə yetirdik və bəhrəsini gördük.
- Penaltidən fərqləndiniz. “Zirə”nin qapıçısı Tiaqo Silva 11 metrlik zərbələr zamanı inamlı çıxışı ilə seçilir. Bunu nəzərə alaraq bir qədər təhlükəli, düz küncə zərbə endirdiniz?
- Əvvəla onu deyim ki, ilk hissədə də penalti vura bilərdik. Lakin hakim fərqli qərar qəbul etdi. Bununla belə, penalti olduğu fikrindəyəm. Zərbəmə gəldikdə isə, rəqib qapıçını analiz etmişdik. Bilirdik ki, yerlə vurulan zərbələri zamanı bir qədər çətinlik yaşayır. Buna görə də məhz yerlə küncə zərbə endirdim.
- Üçüncü yerdən “Şamaxı”nı 7 xal ayırır. Komandanız turnir cədvəlində daha üst pillələrə iddia edə bilər?
- Futbolda hər şey mümkündür. Lakin biz bu barədə düşünmürük. Gənc komandamız var. Yalnız hər növbəti matçı fikirləşirik. Məqsədimiz daha yaxşı olmaqdır. Nə qədər xal topladığımızı isə mövsümün sonunda biləcəyik.
- Artıq hesabınızda 6 qol var. Çempionatın bombardiri olmağı hədəfləyirsiniz? -
Mən hər matça inamla çıxıram. Meydanda bacardığımın ən yaxşısını etməyə çalışıram. Məqsədim komandaya kömək etməkdir. Qol vurmaq üçün əlimdən gələni edirəm. İnşallah, növbəti matçlarda da fərqlənmək üçün şanslarım olar.
- Bombardirlər yarışında kimi əsas rəqib kimi görürsünüz?
- Bombardirlər siyahısında Mikels və Simakala məndən öndədir. Lakin bombardirlər cədvəlində sıxlıqdır. Gələcəkdə hər şey baş verə bilər. Dediyim kimi, əsas öz oyunumuza fokuslanıram.
- Növbəti turda, ilin son matçında “Araz-Naxçıvan”la səfərdə qarşılaşacaqsınız. Həmin oyundan gözləntiləriniz nədir?
- Biz düşünürük ki, hər komandaya qarşı oynaya bilərik. Baş məşqçimiz də bizi bütün matçlara yaxşı hazırlaşdırır. “Araz-Naxçıvan” da güclü komandadır. Odur ki, bizi qarşıda çətin görüş gözləyir. Buna baxmayaraq, məqsədimiz uğurlu nəticə qazanmaqdır.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib