Komanda.az saytının keçirdiyi sorğuda 15-ci dəfə Azərbaycanda ilin məşqçisi seçilən Qurban Qurbanov tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Yenidən ilin məşqçisi seçildiniz. Təəssüratlarınız necədir?
- İlk öncə mənə inanan, səs verən hər kəsə təşəkkür edirəm. Bir il əvvəl də bu mükafatı qazanmışdım. Yenidən, 15-ci dəfə qalib olduğum üçün sevinirəm. Həmişə demişəm ki, bu cür uğurlardan sonra məsuliyyətim daha da artır. Bunu hər dəfə təkrarlayıram və təkrarlayacam da. Bu, bizim işimizin bir hissəsidir. Həmişə hansısa səviyyəyə çatırıqsa, onu qoruyub saxlamaq istəyirik. Bu il xüsusi bir il oldu. Çempion olduq, kubokda finala kimi irəlilədik, Çempionlar Liqasında qrup mərhələsinə düşdük. Bu, klub üçün də, ölkəmiz üçün də vacib idi. Klub olaraq yaxşı nəticələrimiz oldu. Çox şadam. Yenə sizlərin qarşısında olmaq, bu fikirləri səsləndirmək mənə xoşdur. Hər birinizə təşəkkür edirəm. Qarşıdakı ildə hər kəsə uğurlar arzulayıram.
- Hər dəfə qeyd edirsiniz ki, qalib olanda məsuliyyətimiz artır. Belə təzyiq altında işləmək çətin deyil ki?
- Sanki günü-gündən daha da çətinləşir. Bəlkə əvvəllər daha gənc idim. Daha həvəsli idim. İndi həvəsli olmaqla bərabər, məsuliyyət də artır. Təbii ki, heç də asan deyil. Lakin çalışırıq ki, bacaraq.
- Mütəmadi olaraq adınız müxtəlif Türkiyə, Rusiya klubları ilə yanaşı hallanır. Qurban Qurbanov özü hansı ölkədə, hansı klubda çalışmaq istəyər?
- Hal-hazırda həm ruhuma, həm özümə Azərbaycan daha yaxındır. Bakını həddindən artıq çox sevirəm. Bu şəhər mənim üçün əvəzolunmazdır. Fayda verəcəyiksə, Azərbaycanda qalmağa razıyam.
- Hücumçu transferi məsələsi “Benfika”, “Kopenhagen”lə oyunlardan sonra unudulmuşdu, lakin “Ayaks”la görüşdən sonra yenidən gündəmə gəldi. Bilirik ki, ilboyu axtarışda olursunuz. Konkretləşdirsək, hazırda maraq dairənizdə olan, təklif göndərdiyiniz, danışıqlar apardığınız hücumçu varmı?
- Maraq göstərdiklərimiz var. Mən 18 ildir “Qarabağ”dayam və hər il hücumçu söhbəti olur. Ola bilər nə vaxtsa gecikmişik, istədiyimiz zamanda alınmayıb. Lakin ümumi götürsək, komandamızda çox yaxşı hücumçularımız olub. Az sayda olub, lakin çox yaxşı olublar. İndi də axtarışlarımız gedir. Çalışacağıq ki, təkcə hücum xəttini yox, ümumilikdə qış transfer pəncərəsində heyətimizi 3-4 futbolçu ilə gücləndirək. Çünki tələblərimiz həddindən artıq böyüyüb. Özünüz görürsünüz ki, hansı rejimdə çalışırıq. Futbolçunu hər matçda motivasiya etmək, sağlam meydana çıxarmaq heç də asan deyil. Ona görə də yaxşı, keyfiyyətli futbolçulara ehtiyacımız var.
- Qış fasiləsindən necə yararlanacaqsınız?
- Bakıda başlayacağıq, sonra böyük ehtimalla, Antalyaya yollanacağıq.
- Premyer Liqada qış fasiləsi təxminən bir aydır. Üstəlik, həmin müddətdə avrokubok matçı da var. Bu məqam “Qarabağ”ın oyun ritmini poza bilər?
- Ola bilər. Lakin hazırda futbolçuların istirahətə çox ehtiyacı var. Ona görə də əksinə, daha faydalı da ola bilər. Hər biri bu dəqiqə həm fiziki, həm psixoloji olaraq yorulublar. Xüsusən də sonuncu məğlubiyyətdən sonra onların yorğunluğu iki dəfə artıb. Onları geri qaytarmaq üçün yaxşı istirahətə ehtiyac var. Ola bilər oyun ritmində azca geri qalaq, lakin hazırlıq, düşüncə olaraq udacağıq.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib