“Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub klubun rəsmi saytına müsahibə verib. QOL.az xəbər verir ki, ukraynalı mütəxəssis “Neftçi”yə gəlişi və hədəflər haqda danışıb.
- “Neftçi”yə gəlişiniz necə baş tutdu?
- Əslində, həm ölkə daxilindən, həm də ölkə xaricindən təkliflərim var idi. Amma “Neftçi”dən təklif gələn kimi digərlərini kənara qoydum. Çünki “Neftçi” böyük tarixə malik klubdur. Komandanı hələ SSRİ çempionatından tanıyıram. Özüm də futbolçu kimi “Neftçi”yə qarşı oynamışam. “Neftçi” Ukraynada da çox populyardır. Rəhbərliklə söhbətimizdən sonra klubun qarşısında hansı hədəflərin dayandığını gördüm. Layihəni çox bəyəndim. Burada sistemli iş aparılır və klubun böyük planları var. Hazırda nəticələr çox da ürəkaçan olmasa da, bunlar müvəqqətidir. Nəticələri birlikdə yaxşılaşdıracağıq.
- Artıq futbolçularla da tanış olmusunuz, komandanı bir neçə məşqə çıxarmısınız. İlkin təəssüratlarınız necədir?
- Heyət çox keyfiyyətli futbolçulardan ibarətdir. Klub gözəl və hədəflərə uyğun transfer siyasəti həyata keçirib. Hər mövqedə güclü futbolçular toplaşıb. Onlardan gözləntilərim yüksəkdir. Çalışacağıq ki, qısa zamanda komandaya öz oyun fəlsəfəmizi aşılayaq, həm taktiki, həm fiziki, həm də psixoloji cəhətdən onları yeni səviyyəyə qaldıraq. Vaxt gedir, artıq çempionatın ortasındayıq. İşə düzgün yanaşsaq, məqsədimizə çatacağıq. Yaxın vaxtlarda hər hansı bir transferin həyata keçirilməsi gündəmdə deyil. Əlbəttə, uzunmüddətli planda komandanın möhkəmləndirilməsi var, amma indi əsas prioritetimiz əlimizdə olan futbolçuların oyun səviyyəsini bir qədər də qaldırmaqdır. Onlara güvənirəm.
- Qarşınıza hansı hədəflər qoyulub?
- Əvvəlcə mütləq şəkildə nəticələri yaxşılaşdırmalıyıq. İşimiz çoxdur, amma qorxmuruq. Artıq bir neçə məşq keçmişəm, futbolçularda da istək və əzm hiss olunur. Rəhbərlikdən də ilk gündən yalnız dəstək görürəm. İnanıram ki, bu çətinliyin öhdəsindən birlikdə gələcəyik. İlk söhbətimizdə də rəhbərlikdən xahiş etdim ki, hər dəqiqə mənim və futbolçuların yanında olsun. Biz bir-birimizi çox yaxşı başa düşdük. Hədəflərə gəlincə, “Neftçi”yə yalnız çempionluq yaraşır. Düzdür, indi turnir cədvəlində yerimiz yaxşı deyil, amma mövsümün sonunda mütləq ön pillələrdə olmalıyıq. Vuruşacağıq, sonadək mübarizə aparacağıq. Ən azı bunun üçün sona qədər döyüşəcəyik, əlimizdən nə gəlirsə, edəcəyik. Elə “Sumqayıt”la matçdan etibarən qələbələri sıralamağa çalışacağıq.
- “Neftçi” azarkeşlərinə sözünüz nədir?
- Bu komanda necə böyükdürsə, elə də böyük azarkeşi var. Balacadan böyüyə ürəyi “Neftçi” ilə döyünən azarkeş ordusu var. Bunu bilirəm. Hər şeyin fərqindəyəm. “Neftçi”ni hər oyunda nəticədən asılı olmayaraq sonadək dəstəklədiklərindən xəbərdaram. Çalışacağıq və əlimizdən gələni edəcəyik ki, onların ümidlərini doğruldaq, hər oyundan sonra onları evlərinə sevinclə yola salaq. Azarkeşlərdən də xahiş edirəm ki, futbolçulardan dəstəklərini əsirgəməsinlər.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib