“Kəpəz”də yubiley

“Kəpəz”də yubiley
ÖLKƏ FUTBOLU 10 Dekabr 2025 / 10:37 158
-  A +

“Kəpəz”in futbolçusu Rauf Hüseynli Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının 14-cü turunun “Araz-Naxçıvan”la görüşünə (0:2) təsadüf edib.

Rauf səfər matçına start heyətində çıxıb. O, Premyer Liqada keçirdiyi 100 qarşılaşmada 6 qola imza atıb.

Müdafiəçi 5 klubun heyətində çıxış edib. Hüseynli “Kəpəz”də 33 (3 qol), “Şamaxı”da 31 (1 qol), “Qəbələ”də 30 (1 qol), “Zirə”də 5, “Qarabağ”da 1 (1 qol) oyun keçirib.

Qeyd edək ki, Premyer Liqada debütü 2019/20 mövsümünə təsadüf edən Hüseynli çempionatda 100 və daha çox oyun keçirən 449-cu futbolçudur.

Daha çox


Son xəbərlər
09.12.25  17:21

Ter Ştegen qayıtdı