Misli Premyer Liqasının 14-cü turu çərçivəsində "Araz-Naxçıvan" "Kəpəz" üzərində qələbə (2:0) qazanıb.
QOL.az xəbər verir ki, "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında matç barədə fikirlərini bölüşüb. Mütəxəssis oyunun ağır keçdiyini, lakin kubok matçından sonra komanda şəklində daha artığını etmək məcburiyyətində olduqlarını bildirib. O, futbolçularını təbrik edərək bəzi tənqidçilərə meydanda layiqincə cavab verdiklərini vurğulayıb.
Baş məşqçi matçın ilk yarım saatındakı passivliyi kubok oyunundan qalan psixoloji gərginliklə əlaqələndirib:
“Futbol elə oyundur ki, matç ərzində hər iki komandanın üstünlük qazanmaq imkanı olur. Biz də kubok oyunundan sonra müəyyən stress yaşamışdıq. Həftə ərzində komanda olaraq bir-birimizə daha yaxın olmağa, dəstək göstərməyə çalışdıq. O gərginliyi arxada qoyduqdan sonra komandamız meydanda daha kreativ oyun sərgilədi”.
Mütəxəssis qazandıqları qələbənin komandadakı stresə təsirini bu cür qiymətləndirib:
“Mən stress altında deyiləm. Düşünürəm ki, komandam da mənim kimi rahatdır və öz işini görür. Əlbəttə, uğursuzluqlar da olur, amma bu, yalnız bizimlə bağlıdır. Komanda şəklində potensialımızın maksimumunu meydanda nümayiş etdirsək, nəticələrə də daha yaxın olacağıq”.
Baş məşqçi zədəli Felipe Santosun durumuna da aydınlıq gətirib. Zədənin ciddi olmadığını və braziliyalının məşqlərə başladığını deyən Baxşıyev, onun bu il komandaya kömək edəcəyinə ümid etdiyini bildirib.
Mətbuatda haqqında yazılanlara münasibət bildirən baş məşqçi Premyer Liqada çalışdığı 7 il ərzində rahat mövsüm keçirmədiyini xatırladıb:
“Media tərəfdən təzyiqi həmişə yaşamışam. Düşünürəm ki, mənimlə heç kimin prinsipi yoxdur. Sadəcə məni bərkitmək istəyirlər”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib