“Böyük futbolda böyük uğurlar əldə etmək üçün etdiyin bəs etmir. Biz dayanmaq istəmirik”.
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turunda Niderlandın “Ayaks” klubu ilə keçiriləcək oyundan öncə baş tutan mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis qarşıdakı matçın əhəmiyyətini vurğulayaraq azarkeşləri sevindirməyə çalışacaqlarını bildirib:
“Bizim üçün vacib qarşılaşmadır. Hazırlaşmaq üçün çox vaxtımız olmayıb. Meydanda diqqətli olmalıyıq. Qarşımızda qalib gəlmək istəyən bir komanda var. Onların hazırlıq proqramına nəzər salanda da görünür ki, bizə qarşı çox ciddi şəkildə hazırlaşıblar. Bakıya iki gün əvvəl gəliblər, fərqli meydançada məşq edəcəyik. Biz isə bu oyunda daha yaradıcı futbol sərgiləməyi arzulayırıq. Azarkeşləri sevindirməyə çalışacağıq”.
Mütəxəssis "Ayaks"ın 5 oyundan sonra xalsız olmasını "ən təhlükəli məqam" adlandırıb və “Qarabağ”a güvənərək xal gözləməyin daha doğru yanaşma olduğunu qeyd edib. O, Niderland mətbuatının "Qarabağ"ı üstün tərəf kimi görməsinə isə "Bir azərbaycanlı kimi buna ancaq sevinə bilərəm, deməli, illər ərzindəki nəticələrimizlə bunu haqq etmişik" -, deyə reaksiya verib.
Baş məşqçi "Benfika" üzərindəki qələbəni xatırladaraq mövsüm hədəflərinə çatdıqlarını, lakin bununla kifayətlənməyəcəklərini bildirib:
“Bəlkə də, hədəfimizə çatdığımızı söyləyə bilərik. “Benfika” üzərindəki qələbə bizim üçün bir dönüş nöqtəsi, böyük bir sıçrayış oldu və ardı gəldi. Ümumi götürsək, ilin yekunları çox yaxşıdır. Lakin biz dayanmaq istəmirik. Şansımız varsa, maksimumu hədəfləməliyik. Böyük futbolda böyük uğurlar əldə etmək üçün etdiyin bəs etmir. İndiyə qədərki nəticələrdən tam razıyam, amma daha böyük klub olmaq üçün nəticələr qazanmalı və dayanmadan inkişaf etməliyik”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib