"Qarabağ"a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq"

"Qarabağ"a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq"
ÖLKƏ FUTBOLU 9 Dekabr 2025 / 17:08 797
-  A +

"Ayaks"ın qapıçısı Vitezslav Yaroş UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda "Qarabağ"la sabah keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransına qatılıb.

QOL.az xəbər verir ki, son vaxtlar komandalarında inkişaf olduğunu deyən çexiyalı qolkiper bildirib ki, "Qarabağ"a qarşı yaxşı oyun sərgiləmək istəyirlər:

"Ayaks"da olduğum üçün xoşbəxtəm. Komandamız yaxşı durumdadır. Hər şey gözəldir. Son iki oyunda gördünüz ki, inkişaf etmişik. Şəxsən mən tərəfdən böyük inkişaf var. Sabah "Qarabağ"a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləxək "Qarabağ" - "Ayaks" matçı saat 21:45-də başlayacaq.

Daha çox


Son xəbərlər